SON DƏQİQƏ

PressDent.Info

“Neft Fondu Mərkəzi Banka daha az dollar köçürəcək”

“Neft Fondu Mərkəzi Banka daha az dollar köçürəcək”
31-01-2017, 17:32 26274 dəfə baxılıb

“Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 mlrd. manatadək məbləğdə transfertin nəzərdə tutulmasına münasibət bildirib.

Agentliyin yaydığı məlumatda bildirilir ki, transfertin real məbləği nəzərdə tutulandan daha az olacaq: “Bizim fikrimizcə, real məbləğ planlaşdırılandan daha az olacaq. Azərbaycan Mərkəzi Bankının ehtiyatlarının tükənmə sürətinin nəzərə alaraq hökumət ehtiyatlı siyasətini həyata keçirməkdə davam edəcək.

Qeyd edək ki, bu il ARDNF-dən AMB-yə 7,5 mlrd. manatın transferti nəzərdə tutulub. Transfert makroiqtisadi sabitliyin təmin olunmasına yönələcək. Transfert fondun ümumi xərclərinin 51,7%-ə bərabərdir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ