SON DƏQİQƏ

PressDent.Info

Banklarda dollar qıtlığı yaranıb

Banklarda dollar qıtlığı yaranıb
30-01-2017, 14:37 24447 dəfə baxılıb

4 faizik marja götürüldükdən sonra dollar satışında  limiti aradan qaldıran banklar yenidən limit  tətbiq etməyə başlayıblar. Fins.az xəbər verir ki, buna səbəb banklarda yaranan dollar qıtlığıdır.

Belə ki, Mərkəzi Bankın valyuta hərracını 3 dəfədən 2 dəfəyə salması bankların dollarla təminatında problem yaradıb. Onsuz da hərraclardatam tələbatı ödənilməyən bankların üstəlik valyuta hərracından dollar almaq imkanını yenidən məhdudlaşdırılıb. Bunun nəticəsində hazırda ölkənin bir neçəı bankı dollar satışına yenidən limit tətbiq etməyə bəziləri isə ümumiyyətlə satmamağa qərar veriblər.

Fins.az-ın banklardan əldə etdiyi məlumata görə, Kapital Bank əvvəllər limitsiz dollar satırdısa hazırda 5 min məbləğində limit tətbiq edir. Həmçinin Turanbank limitlə 500 dollar, Gunaybank 1000 dollar, Bank Avrasiya 500 dollar satdığını açıqlayıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ