SON DƏQİQƏ

PressDent.Info

Əhali bankalrdan əmanətlərini geri çəkir – YENİ DALĞA

Əhali bankalrdan əmanətlərini geri çəkir – YENİ DALĞA
23-01-2017, 17:38 24708 dəfə baxılıb

Azərbaycanda əhalinin banklardan əmanətlərini geri götürməsində yeni dalğa başlayıb.

Əmanətini geri götürməyə gələn müştərilərin sayı xeyli çoxalıb. Bəzi filiallar əmanəti dərhal geri qaytara bilmədikləri üçün müştəri ilə bank işçiləri arasında gərgin mübahisələr yaranır.

Əmanərçilər manatın günü-gündən dəyərdən düşməsindən narahatdırlar. Tam üzən məzənnəyə keçiddən sonra Manatın dəyərdən düşməsinin daha da sürətlənməsi, USD/AZN məzənnəsinin tezliklə 2 manatı ötəcəyi barədə proqnozlar manat sahiblərini daha da narahat edir. Qısası, banklardakı manat təcili çıxardılaraq dollara çevrilir.

Bankların bir-birinin ardınca zərər açıqlaması, bu il bir neçə bankın bağlanacağının bəyan edilməsi də əmanətçiləri narahat edir. İndi Bankda Dollar əmanəti olanlar da pullarını geri götürməyə başlayıblar.

Bütün səylərə baxmayaraq maliyyə sektrounda sabitlik təmin olunmur.  Üzən məzənnə mağazalarda ərzaqların qiymətlərinin artmasına səbəb olmaqla bərabər, bankları da da pis vəziyyətə salır.

Manat tam üzən məzənnəyə keçdiyi 12 Yanvar 2017-ci il tarixindən bu yana Manat Dollar qarşısında 5%-ə yaxın dəyərdən düşüb. 12 Yanvar tarixində 12 Yanvar 1.7742 manat səviyyəsində olmuş məzənnə bu günkü hərracda 1.8559 manat səviyyəsinədək qalxıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ