SON DƏQİQƏ

PressDent.Info

2017-ci ilin dövlət büdcəsində nə artdı, nə azaldı… – SİYAHI

2017-ci ilin dövlət büdcəsində nə artdı, nə azaldı… – SİYAHI
17-11-2016, 15:58 16182 dəfə baxılıb

Təxminən ayyarım öncə Maliyyə Nazirliyi müzakirə məqsədilə 2017-ci ilin büdcəsi ilə bağlı qanun layihəsini və icmal büdcəyə dair təqdimatı öz saytında yerləşdirmişdi.

Maliyyə Nazirliyi bu gün ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və 2017-ci il dövlət və icmal büdcələrinin layihələrini yenilənmiş variantını ictimaiyyətə təqdim edib.

Büdcə zərfinin yeni təqdimatı zamanı məlum olub ki, sözügedən sənədlərdə bəzi dəyişiklik edilib.

İqtisadşı ekspert Rövşən Ağayev 2017-ci ilin büdcəsi ilə bağlı qanun layihəsinin və icmal büdcənin köhnə variantı ilə yenilənmiş versiyanı müqayisə edərək əsas dəyişiklikləri müəyyənləşdirib. Bunlar şağıdakılardır:

Azaldılan xərclər:

1) Dövlət borcuna xidmət xərcləri -127 milyon manat;
2) Elm xərcləri – 6.8 milyon manat;
3) Naxçıvana dotasiya -11 milyon;
4) Hüquq müfafizə xərcləri – 19 milyon manat;
5) Təhsil xərcləri – 126 milyon manat;
6) Səhiyyə xərcləri – 30.4 milyon manat;
7) Sosial müdafiə xərcləri – 64.7 milyon manat;
8) Mədəniyyət-incəsənət xərcləri – 19.5 milyon manat;
9) İdman xərcləri – 201 milyon manat;
10) Kənd təsərrüfatı xərcləri – 305.5 milyon manat.
11) Sahibkarlığa dəstək – 102 milyon manat;
12) Əsas bölmələrə aid edilməyən xidmətlər – 633.3 milyon manat.

Artırılan xərclər

1) Müdafiə xərcləri 1.027 milyard manat
2) Tikinti xərcləri – 639 milyon manat;

 

Ümumilikdə ilkin variantla müqaysiədə 15-dək bölmə, köməkçi bölmə və paraqraf üzrə xərclər 1.7 milyard manata yaxın azaldılaraq 2 funksional istiqamət üzrə xərclər həmin həcmdə artırılıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ