SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Azərbaycanda yenidən nağd dollar qıtlığı yaranıb

Azərbaycanda yenidən nağd dollar qıtlığı yaranıb
16-11-2016, 17:15 72645 dəfə baxılıb

Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları ABŞ dollarının nağd satışını dayandırıb. Bu gün, noyabrın 16-da “Bank of Baku” və “Muğanbank” kimi banklarda satış tamamilə məhdudlaşdırılıb. “Accessbank”da satış limiti 200 dollar, “ASB” və “BTB”-də 100 dollar məbləğində müəyyənləşdirilib. “Amrahbank” isə dolların alışı olduğu təqdirdə satışın da əyata keçirildiyini bildirir.

Qeyd edək ki, dollar qıtlığının yaranmasına səbəb dünən, noyabrın 15-də AMB-nin keçirdiyi sonuncu valyuta hərracında bankların tələbatının cəmi 8% ödənilməsi ilə bağlıdır. Hərracın bitməsindən həmən sonra valyuta bazarında qıtlıq yaranıb, bu da öz növbəsində “qara bazar”da dolların satış məzənnəsinin 1,81-1,82 manata kimi yüksəlməsinə gətirib çıxarıb. Xatırladaq ki, bankların bu gün dolların maksimal satış məzənnəsi 1,7715 AZN/USD ola bilər.

Analitiklər dünya bazarında dolların məzənnəsinin möhkəmlənməsi prosesinin sürətləndiyini bildirir: “Nəticədə, dünyanın əksər valyutaları dollarla müqayisədə ucuzlaşıb. Bura, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyə, Çin və Rusiyanın da valyutaları aiddir. Son günlərdə ən çox devalvasiyaya uğrayan isə Türkiyə lirəsi olub. Belə ki, son bir ayda lirə dollarla müqayisədə 8% ucuzlaşıb. Çin yuanı eyni dövrdə 2,2%, rubl isə 4% dəyərdən düşüb”.

Analitiklər mövcud durumun manatın məzənnəsinə təzyiqləri artıracağını, ilin sonuna qədər ən yaxşı halda Azərbaycanda dolların məzənnəsinin 1,90 AZN/USD-yə çatacağını, “qara bazar”da isə 2,00 AZN/USD-ni üstələyəcəyini proqnozlaşdırır. (Report)

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ