SON DƏQİQƏ

PressDent.Info

Dövlət Neft Fondu hara pul xərcləyib?

Dövlət Neft Fondu hara pul xərcləyib?
12-10-2016, 19:05 18270 dəfə baxılıb

Dövlət Neft Fondu (DNF) 2016-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 3 260 milyon manat transfer edib. Fonddan verilən xəbərə görə, qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması və sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 73,8 milyon manat ayırıb.
Samur-Abşeron siuvarma sisteminin yenidən qurulması layihəsinə 39,1 milyon manat, Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin maliyyələşməsinə 48,6 milyon manat vəsait ayrılıb. DNF Azərbaycanın xaricdəki layihələrinə də vəsait ayırıb. Belə ki, “Xaricdə təhsil üzrə Dövlət Proqramı”na 20,8 milyon manat , “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 milyon manat, “Star” neft emalı kompleksinin tikintisində Azərbaycanın payının maliyyələşməsinə isə 127 milyon manat ayrılıb. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ