SON DƏQİQƏ

PressDent.Info

MDB-nin zərərlə işləyən 200 bankı – 7-i Azərbaycandadır

MDB-nin zərərlə işləyən 200 bankı – 7-i Azərbaycandadır
7-10-2016, 17:28 16356 dəfə baxılıb

MDB məkanını 200 ən böyük və zərərlə işləyən banklarının siyahısı hazırlanıb. Modern.az xəbər verir ki, Rusiyanın “RİA Reytinq” agentliyinin hazırladığı hesabatda Azərbaycanın 7 bankının da adı yer alıb. 2015-ci maliyyə ilində həmin bankların maliyyə artımında mənfi saldo müşahidə olunub. Xüsusən Azərbaycan Beynəlxalq Bankı ötən ili 790,6 milyon dollar kapital itirməklə MDB-də bu antirekorda görə 4-cü yerdə qərarlaşıb.
MDB-nin ən böyük 200 bankı reytinqində yer alan 7 Azərbaycan bankının siyahısını təqdim edirik.

20.Azərbaycan Beynəlxalq Bankı – Azərbaycanın ən böyük kommersiya bankıdır. Beynəlxalq Bankın kapitallaşma səviyyəsi 8,76 milyard dollar təşkil edir. Ötən il 25,3% geriləmə nümayiş etdirsə də, bu gün də bank Azərbaycanın bank sektorunda 39,1%-ə malikdir.

97.Pasha Bank – MDB məkanını ən böyük 100 bankından biridir. Pasha Bank-ın səhmləri 1,47 milyard dollar təşkil edir. Ötən il bank 9,4% geriləmə göstərsə də, bu gün ölkənin bank sahəsinin 6,6%-ni əhatələyir.

108. Kapital Bank – Azərbaycanın ən böyük banklarının ilk “üçlüy”nə daxildir. Kapital Bankın səhmləri 1,29 milyard dollardır və ötən il 26,2% geriləyib. Kapital Bank Azərbaycanda bank sektorunun 5,8%-nə nəzarət edir.

128. Xalq Bank – Azərbaycanin ən böyük banklarından sayılır. Xalq Bankın səhmləri 1,01 milyard dollar təşkil edir. 2015-ci ildə maliyyə qurumu 36,7% səhm itirb və hazırda bank sektorunun 4,5%-i tutur.

155.AcessBank – Bankın səhmləri 750 milyon dollar təşkil edir. Ötən il 43,4% geriləmə nümayiş etdirən AcessBank 3,4% bazara nəzarət edir.

171. UniBank – 660 miyon dollar aktivləri var. 2015-ci ildə bankın səhmləri 39,4% ucuzlaşıb. UniBank Azərbaycanın maliyyə bazarında 3% paya malikdir.

196. Bank Respublika – 520 milyon dollar səhmləri var. 2015-ci ildə bank öz səhmlərinin 20,;%-ni itirib. Azərbaycanın banmk sektorunda onun payı 2,3%-dir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ