SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Rusiyadan gələn pullarda kəskin azalma

Rusiyadan gələn pullarda kəskin azalma
30-09-2016, 18:02 24447 dəfə baxılıb

Rusiya Mərkəzi Bankı bank köçürmələri yolu ilə bu ilin birinci yarısında MDB respublikalarına pul köçürmələrinin həcmini açıqlayıb.

Mərkəzi Bankın məlumatına əsasən Rusiyada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlı miqrantlar ilin ikinci kvartalının yekunlarına əsasən vətənə cəmi 203 milyon dollar göndəriblər.

Bu göstərici üzrə özbək miqrantlar liderdir, onlar göstərilən müddət ərzində Özbəkistana 696 milyon dollar göndəriblər. Sonrakı yerdə Tacikistan (495 milyon dollar), Qırğızıstan (487 milyon dollar) gəlir. Ermənistana isə Rusiyadan 179 milyon dollar daxil olub. Başqa sözlə, bütün MDB respublikalarına Rusiyadan göndərilən pullar kəskin azalıb. Müqayisə üçün qeyd edək ki, təkcə 2013-cü ildə özbək əmək miqrantları Özbəkistana 6.6 milyard dollar göndərmişdilər.

Rusiya Mərkəzi Bankının açıqladığı rəqəmlər bu ölkəyə qazanc dalınca gedənlərdən Azərbaycana daxil olan pulların dollar ekvivalentində ilbəil azaldığını göstərir. Belə ki, azərbaycanlı miqrantlar 2014-cü ildə vətənə 1.3 milyard dollara yaxın pul göndərmişdilər. 2015-ci ildə isə bu göstərici iki dəfə aşağı düşərək 650 milyon dollara yaxın olub. Bunun əsas səbəbi Rusiya rublunun dollar qarşısında kəskin dəyər itirməsi və bu ölkədə iqtisadi şərtlərin ağırlaşmasıdır.

Bu il isə belə görünür ki, azərbaycanlı miqrantların vətənə göndərdikləri pulun həcmi 400 milyon dollar həndəvərində olacaq. Lakin indiki azalmada rublun dəyərdən düşməsinin təsiri daha azdır. Çünki 2014-cü ilin sonunda rubl təxminən iki dəfə dəyər itirdikdən sonra əsasən sabitləşib və hazırda Rusiya milli valyutasının kursunda kəskin sıçrayışlar baş vermir. Azalmanın əsas səbəbi Rusiyadakı iqtisadi durğunluq və əhalinin gəlirlərinin kəskin azalmasıdır.

Doğrudur, Rusiyadan göndərilən pullar Azərbaycanın ÜDM-ində Tacikistan kimi az qala 50 faizlik paya malik deyildi, bununla belə azərbaycanlı miqrantların vətəndəki yaxınlarına göndərdikləri pullar əhalinin gəlirlərində hiss olunacaq rol oynayır. Bu baxımdan azalmanın Azərbaycan iqtisadiyyatında təsirləri də özünü göstərməkdədir… 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ