SON DƏQİQƏ

PressDent.Info

Əhalinin banklara BU QƏDƏR borcu var

Əhalinin banklara BU QƏDƏR borcu var
16-09-2016, 18:37 26100 dəfə baxılıb

Dövlət Statistika Komitəsi əhalinin banklardakı əmanətlərinin və kredit borclarının məbləğini açıqlayıb.
 
Komitədən verilən məlumata görə, 2016-cı ilin avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16713,3 milyon manat təşkil edib.
 
Onun 13156,1 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il avqust ayının 1-i ilə müqayisədə 17,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,0 faizini təşkil edib.
 
2016-cı il avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 103,1 faiz artaraq 7843.8 milyon manat təşkil edib. Əmanətlərin 80,8 faizi xarici, 19,2 faizi isə milli valyutada qoyulub.
Əmənətlərin 76,6 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ