SON DƏQİQƏ

PressDent.Info

İsmayıllıdakı velosiped zavodu bağlandı?

İsmayıllıdakı velosiped zavodu bağlandı?
8-09-2016, 22:09 22446 dəfə baxılıb

Bu gün sosial şəbəkədə İsmayıllı rayonunda yenicə istifadəyə verilmiş “İsma Bikes” Velosiped Zavodunun fəaliyyətinin dayandırılması ilə bağlı məlumat yayılıb. Məlumatda zavodun hansı səbəbdən fəaliyyəti dayandırması açıqlanmır.

“İsma Bikes” Velosiped Zavodunun istehsalat müdiri Elnur Əliyev bildirdi ki, yayılan məlumat doğru deyil: “Zavod fəaliyyətini dayandırmayıb, qismən fəaliyyət göstərir. Eyni zamanda işə götürülən yeni işçilər Bolqarıstanda velosiped zavodunda kurs keçirlər.

Zavodun tam fəaliyyətə düşməməsinin əsas səbəbi, yeni velosiped növlərinin artmasıdır. Əvvəl 5 növ velosiped istehsal etməyi planlaşdırmışdıq, amma sonradan növlərin sayı artdı. Və yeni növ velosipedlər üçün götürülən işçilər də xaricə kurs keçməyə göndərilib.

Hazırda isə yalnız öncədən nəzərdə tutulmuş 5 növ velosiped istehsal olunur. Yaxın 15-20 gün ərzində isə tam fəaliyyət göstərəcəyik”. (Qaynarinfo.Az)

***

Hüquq müdafiəçisi Oqtay Güləliyev sosial şəbəkədə bir ay öncə İsmayıllıda ölkə başçısı İlham Əliyevin də açılışında iştirak etdiyi velosiped zavodunun artıq fəaliyyətini dayandırdığını yazıb:

“Dostlar, xəbəriniz varmı bir ay öncə İsmayllıda istifadəyə verilmiş “İsma Bikes” Velosiped zavodu fəaliyyətini dayandırıb.

Halbu ki, həmin zavodun açılışında dövlət başçısı İlham Əliyev də iştirak etmiş, lent kəsmiş, velosiped sürmüş və bildirilmişdi ki, bu il 50 nəfərin, gələn il 100 nəfərin işləyəcəyi zavodda Bolqarıstanla birlikdə Azərbaycanda müasir standartlara uyğun velosiped, əlil arabaları və s. istehsal olunacaq. Velotreklər salınıb idman yarışları keçiriləcək. Zavodun inşası üçün 7 milyon manat vəsaitin xərcləndiyi bildirilir. Amma açılışından bir ay keçməmiş zavod fəaliyyətini dayandırıb. Səbəbi bəlli deyil. Yerli sakinlərdən bir nəfər hətta bildirdi ki, açılışında nümayiş olunan velosipedlər bu zavodda istehsal olunmayıb, kənardan gətirilib.
Bu hökümətin “açdığı” yeni iş yerlərinin taleyi və aqibəti bundan artıq olmaz. YAP hakimiyyəti insanlara dolanmaq üçün iş yeri deyil, azadlığını əlində almaq üçün iş verir. Bu da bir nümunə…”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ