SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanın neft gəlirləri haqqında təhrif edilmiş məlumatlar

Azərbaycanın neft gəlirləri haqqında təhrif edilmiş məlumatlar
5-09-2016, 17:51 16356 dəfə baxılıb

Prezident İlham Əliyev Salyana səfəri zamanı deyib ki, neft gəliləri azalıb və ölkəyə valyuta gəlməsi üçün ixrac malları lazımdır.

“Neft 3-4 dəfə ucuzlaşıb və müvafiq olaraq valyuta gəlirlərimiz də 3-4 dəfə azalıb”, – deyə Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu böhrana davam gətirə bilər.

“Neft hasil edən ölkələr arasında ən yaxşı vəziyyət Azərbaycandadır. Amma ölkəyə valyuta gəlməsi üçün ixrac malları lazımdır”, – deyə Əliyev qeyd edib.

Qeyd edək ki, prezident Əliyevin iqtisadi müşavirləri neft bazarı haqqında ona yanlış məlumat verirlər. Turan analitikləri bildirir ki, neft gəlirləri hər gün, hər saat dəyişir. Ona görə söhbət qiymətdən gedəndə il, rüb və ay üzrə orta qiymət götürülür. Məsələn, 2014-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti $104,3 olub. Bir il sonra bu göstərici $54,31 təşkil edib. Yəni 47,9% ucuzlaşma olub.

Bəs neft satışından valyuta gəlirləri nə qədər azalıb? Əgər gəlir kimi mənfəət nefi və qazının satışından gəlirləri götürsək, 2014-cü ildə bu göstərici $15 mlrd 715,9 mln olub. 2015-ci ildə gəlirlər 54% azalaraq $7 mlrd 229,1 mln olub.

2016-cı ilin I yarısında BTC FOB Ceyhan neftinin orta qiyməti ötən ilin eyni dövrünə nisbətən 30% azalıb.

Neft gəlirlərinin pik vaxtı 2011-ci ildə olub ($19,9 mlrd). O vaxt neftin orta ixtac qiyməti $111,1 idi.

Aydın deyil, nədən hökumət o vaxt nəzərə almadı ki, pik dövründən sonra neft gəlirləri azalacaq. 2010-cu ildən neft hasilatı azalmağa başlayıb və 2011-ci ildə azalma 6 mln ton olub. Hər kəsə məlum idi ki, azalma labüddür. 2011-ci ildən 2015-ci ilin sonuna kimi hökumət büdcə vəsaitlərindən rasional istifadə barədə heç bir tədbir görməyib: hər il büdcə xərcləri artır, beynəlxalq tədbirlərə çoxlu vəsaitlər ayrılırdı. Hökumətdə heç kəs cəsarət tapıb prezidentə deməyib ki, 3-4 ildən sonra neft hasilatı 20% azalacaq, hər 4-5 ildən bir neftin qiyməti dəyişir. Ehtimal var ki, neftin barreli $65-70-a düşsün. Bu iki amil üst-üstə düşsə, ölkə sunami effekti yaşayacaq. 2012-ci ilin əvvəlində hökumətdə bilirdilər ki, bir neçə ildən sonra “Şahdəniz-2” və Cənub Qaz Dəhlizinə çoxlu vəsait lazım olacaq. Maliyyə bloku ABB-də vəziyyəti bilsə də (ötən həftə Maliyyə Nazirliyi məlumat yaydı ki, 2009-2014-cü illərdə ABB-nin sabiq rəhbəri C.Hacıyev qanunsuz yolla ölkədən $5 mlrd çıxarıb, $3 mlrd qaytarılmayan kredit verib – red.), susub, dövlət başçısına məlumat verməyib. Nəticədə indi enerji layihələrinə kredit cəlb etmək üçün danışıqlar aparılır, ölkədə valyuta qıtlığı var və s.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ