SON DƏQİQƏ

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Dollar satışında “qara bazar” canlanır

Dollar satışında “qara bazar” canlanır
19-08-2016, 15:42 30537 dəfə baxılıb

Dollara tələbin artması və nə Mərkəzi Bankın, nə də Neft Fondunun bu tələbi qarşılaması nəticəsində qara bazarda canlanma müşahidə olunur.  Bankların dollar satmağa qoyduğu məhdudiyyət də əhali arasında qara bazar istifadəçilərinin sayını artırır. Apardığı qısa araşdırmaya görə, dəfələrlə rəsmi şəkildə olunan qadağalara baxmayaraq, son günlərdə “qara bazar”da dollar alveri aktivləşib. Banklardan  istədikləri məbləğdə dollar ala bilməyən vətəndaşlar gizli yolla dollar satanlara müraciət edirlər.

“Qara bazar”dan əldə etdiyimiz məlumata əsasən,  bu gün orada dolların satış kursu  1,6850  – 1,6855 manat arasında dəyişir və dollar dəyişmək üçün hər hansı limit də yoxdur. Banklarda isə dolların alışı üçün təbii ki, məbləğ mədudiyyəti şərtilə, maksimum qiymət 1,6852 manatdır. Əksər banklar isə bunlar daha ucuz məzənnə ilə ilə mübadilə edirlər. Buradan belə aydın olur ki, banklar ABŞ valyutasının “qara bazar”a çıxışını minimallaşdırmaq üçün alış və satış kursunu yol verilən həddin maksimumuna yaxınlaşdırmaq məcburiyyətində qalırlar. İndiki maliyyə böhranında bankların dollar alış-satışı arasında minimal fərq yaradaraq mübadilə əməliyyatları aparması isə onların külli miqdarda gəlirdən məhrum olması deməkdir. Ona görə də maliyyəçilər eyni zamnada “qara bazar”la mübarizə aparmaq məcbuiyyətindədir.

Ancaq qeyri-rəsmi olaraq o da məlumdur ki, qara bazarın təminatçıları özləri də elə maliyyə qurumlarıdır. Araşdırmalar  göstərir ki, indi “qara bazar”da dollar satanların əksəriyyəti elə bank işçiləridir. Onlar kimliklərini ustalıqla gizlədərək  xarici valyuta alverində fəal iştirak edirlər. Təkcə yaxın ətrafları onların əslində harda işlədiklərini bilirlər və bu, onlara inamı artırır.  Nəticədə isə vətəndaşlar ucuz dollar almaqdan  məhrum olurlar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ