SON DƏQİQƏ

PressDent.Info

SOCAR-ın neft hasilatında 9% azalma

SOCAR-ın neft hasilatında 9% azalma
10-08-2016, 15:54 25926 dəfə baxılıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 420,7 min ton neft hasil edib.

SOCAR-dan verilən xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövründən 8,7% azdır.

Cari ilin yanvar-iyul aylarında şirkətin hasil etdiyi neftin 639 min tonu iyulun payına düşüb. Bu isə ötən ilin iyul ayından 9% azdır.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycan üzrə ümumilikdə 24 699,8 min ton neft hasil edilib və bunun da 3 635,9 min tonu iyul ayının payına düşüb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ