SON DƏQİQƏ

PressDent.Info

Rusiya üzərindən Azərbaycan neftinin nəqli azalıb

Rusiya üzərindən Azərbaycan neftinin nəqli azalıb
2-07-2016, 16:34 20445 dəfə baxılıb

2016-ci ilin 6 ayı ərzində Rusiya üzərindən ixrac edilən Azərbaycan neftinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

SOCAR Bakı-Novorossiysk kəmərilə 479,073 ton xam neftin ötürüldüyünü bildirir. Ötən ilin eyni dövründə isə Azərbaycan ixracının həcmi 678,046 təşkil edib, Reuters agentliyi xəbər verir.

Rusiyaya neftin nəqli, 3 aylıq fasilədən sonra, mart ayında bərpa edilib. Neftin ixracı barədə qərar fevral ayında Rusiyanın Transneft şirkətilə imzalanan sövdələşməyə əsaslanır.

İlin sonunadək Bakı-Novorossiysk kəmərilə 1.3 mln ton neftin ixrac olunacağı gözlənilir, Reuters bildirir.

Ötən il Rusiyaya 1.27 mln ton neft göndərilib. 2014-cü ildə isə SOCAR-ın şimal istiqamətində ixracı 1.02 mln ton olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ