SON DƏQİQƏ

PressDent.Info

“Neftin qiyməti 10 il ərzində 50-60 dollar civarında dəyişəcək”

“Neftin qiyməti 10 il ərzində 50-60 dollar civarında dəyişəcək”
10-06-2016, 17:05 34278 dəfə baxılıb

“OPEC neft hasilatını artırmasa, 7-10 il sonra neftin bir barelinin qiyməti yenidən 90-100 dollara çatacaq”.

Bunu “Qazprom neft”in baş direktoru Aleksandr Dyukov deyib.

Onun sözlərinə görə, OPEC hazırda yürütdüyü aqressiv siyasəti davam etdirərsə, qarşıdakı 10 il ərzində “qara qızıl”ın bir barelinin qiyməti 50-60 dollar civarında dəyişəcək.

A. Dyukov əlavə edib ki, “Qazprom neft” öz investisiya qərarlarında neftin qiymətini 50 dollardan hesablayır: “Biz inanırıq ki, ortamüddətli perspektivdə (3-4 il ərzində) neftin qiyməti 50-60 dollar, uzunmüddətli dövrdə isə 90-100 dollar olacaq”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ