SON DƏQİQƏ

PressDent.Info

İcra hakimiyyətlərinin tikinti xərcləri azaldıldı

İcra hakimiyyətlərinin tikinti xərcləri azaldıldı
10-06-2016, 17:01 30276 dəfə baxılıb

Bu il büdcədən ən çox pay isə Gəncəyə düşəcək

2016-ci ildə dövlət büdcəsinin investisiya layihələrinin kəskin azaldılması yerli xərclərə də təsir göstərib. Belə ki, indiyədək büdcənin əsaslı vəsait qoyuluşunda böyük paya sahib olan yerli icra hakimiyyəti orqanlarının pulları bu il kəsilib.

Gununsesi.info Nazirlər Kabineti tərəfindən təsdiq edilən yerli icra hakimiyyətlərinə ayrılan investisiya xərclərini əldə edib. Qeyd edək, icra hakimiyyətləri büdcədən bir neçə istiqamətdə vəsait alır: büdcənin carı xərclərindən, investisiya xərclərindən və Prezidentin Ehtiyat fondundan konkret hansısa layihələrin maliyyələşdirilməsi üzrə. İndi təqdim edəcəyimiz rəqəmlər rayon icra başçılarına investisiya xərclərindən düşən paydır.
Beləliklə, 2016-cı ildə investisiya xərclərindən Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılacaq. Həmin vəsait “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş qəsəbədaxili və kəndlərarası avtomobil yollarının yenidənqurulması və əsaslə təmirinə və Xətai rayonu, general Şıxlınski küçəsindəki 2942 V saylı məhəllədə 1 girişli yaşayış binasının tikintisinin başa çatdırılımasına yönəldiləcək.
Hər il bu xərc üzrə yüz milyonlar alan Bakı meriyasının pulu on dəfələrlə azaldıldığını deyə bilərik.
Sumqayıt şəhər İcra Hakimiyyətinə yönəldiləcək 6.9 milyon manat məkətb və bağça tikntisinə gedəcək.
İcra hakimiyyətləri arasında ən böyük pay isə Gəncə Şəhər icra hakimiyyətinə düşür- 15.8 milyon manat. Həmin vəsaitin bölgüsü isə belədir:

– Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli 940 şagird yerlik tam orta məktəbin mövcud binalarının əsaslı təmiri, 1200 şağird yerlik əlavə korpusun tikintisi üçün 506.8 min manat.
2014-cü ildən tikintisinə başlanan məktəbə artıq bir neçə milyon manat xərclənib. Ötən ilin rəqəmləri əlimizdə olmasa da, 2014-cü ildə buraya 3 milyon manat ayrılmışdı.
– Sanatoriya tipli İnternat məktəbinin və yataqxanasının əsaslı təmiri 3.02 milyon manat. Bu layihə üzrə də xərclər getdikcə böyüyür.
– Dövlət Aqrar Universitetinin tələbələri üçün yataqxana binasının tikintisi üzrə keyfiyyət zəmanəti kimi ödənişi saxlanılmış vəsaitin ayrılması 585min manat. Bu yataqxananın da tikintisi illərlə davam edir. Bizə məlum olanı bu istiqamətdə 2014-də 2 milyon manat xərclənib.
– Gəncə şəhər 1 nömrəli 1140 şagird yerlik tam orta məktəbinin əsaslı təmiri 2.8 milyon manat;
– 14 saylı 1200 şagird yerlik tam orta məktəblərin əsasli təmiri 3.9 milyon manat;
– 44 saylı 1200 şagird yerlik tam orta məktzbin təmirinə 3.6 milyon manat;
– 44 saylı uşaq bağçasının əsaslı təmirinə 1.2 milyon manat;
Mingəçevir Şəhər İH-nə əsaslə vəsait qoyuluşundan 4 milyon manar ayrılıb ki, həmin vəsait şəhərdəki 3 orta məktəbin əsaslı təmirinə yönələcək.
Şəki Şəhər İH 3 milyon manat ayrılması nəzərdə tutulur ki, həmin vəsait 2015-ci il 4 sentyabr tarixində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması tədbirlərinə sərf ediləcək.
Abşeron Rayon İH 4.4 milyon manat proqnozlaşdırılıb. Həmin vəsaitin hamısı məktəb və uşaq bağçalarının təmir və tikintisinə gedəcək.

İnvestisya xərclərindən Ağstafa RİH-nə 897 min, Beyləqan RİH 342 min, Biləsuvar RİH-ya 668.2 min, Qəbələ RİH-ya 181 min, Quba RİH-ya 500 min, Şirvan Şəhər İH cəmi 194 min manat ayrılıb.

Bərdəyə 4 milyon, Masallı RİH-ya 1.5 milyon, Oğuza 1 milyon, Sabirabada 2.2 milyon manat nəzərdə tutulub.
Bu rayonların icra hakimiyyətlərinə ayrılan vəsaitlərin hamısı məktəb və uşaq bağçalarının tikintsinə yönəldiləcək. Yalnız Yardımliya ayrılan 500 min manat icra hakimiyyəti üçün yeni inzibati binanın tikintisinə yönəldiləcək.
Beləliklə, neft pullarının çox olduğu ərəfədə yerli xərclərin həcmi on milyonlarla ölçülürdüsə, bu ildən artıq yüz minlərə düşüb. Xüsusilə, orta məktəblərin təmir və tikintisinin smeta dəyərlərinin azalması diqqətdən qaçmır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ