SON DƏQİQƏ

PressDent.Info

Bankların dollara təlabatı artıb

Bankların dollara təlabatı artıb
31-05-2016, 18:22 23055 dəfə baxılıb

Son 4 hərracda bankların dollar təlabatının artdığı müşahidə edilir.

“Marja”nın məlumatına görə, kommersiya bankları Mərkəzi Bankın son 12 gündə təşkil etdiyi 4 hərracda 151,4 milyon dollar alıblar.

Belə ki, 19 May 2014-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 41,4 milyon ABŞ dolları məbləğində vəsait 7 banka və 7 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılmışdı.

24 May 2016-cı il tarixində keçirilmiş hərracda  Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 14 banka satılmışdı.

26 May 2016-cı il tarixində keçirilmiş hərracda isə  Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 20 milyon ABŞ dolları məbləğində vəsait 11 banka və 30 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılmışdır.

Bu gün isə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 40 milyon ABŞ dolları məbləğində vəsait 3 banka və 10 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılmışdır.

Yay aylarının gəlməsilə, yəqin ki, idxalın artacağı və turistlərin xarici səfərlərinin başlayacağı ilə bağlı olaraq dollar tələb artır. Həmçinin bu ay ABŞ Mərkəzi Bankı Fed-in faizləri artıracağı gözlənilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ