SON DƏQİQƏ

PressDent.Info

Neft və qazdan gəlirlərimiz 120 milyard dolları aşdı

Neft və qazdan gəlirlərimiz 120 milyard dolları aşdı
8-04-2016, 14:56 20097 dəfə baxılıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin aprelin 1-ə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən verilən məlumata görə, bu ilin yanvar-mart aylarında AÇG yataqları üzrə fond 1 milyard 137 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 40 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.02.2016 tarixinə qədər AÇG yataqlar bloku üzrə 118 milyard 146 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2 milyard 483 milyon ABŞ dolları həcmində gəlir əldə olunub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ