SON DƏQİQƏ

16:43 - Azərbaycan ziyallısı, Xızı rayon təhsil şöbəsinin müdürü Abdullayev Oktay Rza oğlu...

13:37 - Azərbaycanı işıqlı gələcəyə aparan yolun banisi Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyev!..

13:31 - 24 - ildir ki, xlaqımıza xidmət göstərən Modern Hospital klinikasında Ortopediya və Travmatologiya üzrə mütəxəsis, Doktor Əfqan Cəfərov kimi savadlı ziyallılarımız çalışır...

12:14 - “1000 bərəkət, halal nemət” - Halallığa tam zəmanət - VİDEO + FOTO

10:59 - Ağcabədi Suvarma Sistemləri idarəsinin rəisi Azər Çingiz oğlu Bayramov Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bağlı təbrik etdi.

14:54 - Masallı rayon Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Mikayılov Abbas Lətif oğlunun əvəz olunmaz əməyi, xalqına və rəhbərliyə olan sədaqətindən irəli gəlir.

03:08 - Ramil Nabran: Ramil Nabran - Salam Qarabağ

04:00 - Aktyor Muxtar Manıyev. İki ayağını da kəsdilər, oğlunun toy günü vəfat etdi - ən çox filmə çəkilən aktyor..

17:03 - Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının sədri, “Bakı Tekstil Fabriki” MMC - nin direktoru Səkinə Babayeva Azərbcan xınımı adını beynəlxalq səviyədə təmsil edən vətənpərvər xanımlardan biridir.

12:04 - Şəhərimizin yeni siması Orbita MTK tikinti şirkətidir.

09:01 - Армяне или хаи? Маски сорваны

19:55 - Gənc müğənni Ramin Agakisiyev - Sevdiyim mahnısı

08:08 - Yeni Azaərbaycan Partiyasının, Qazax rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Həmid Pənahov: Ümummilli Lider Heydər Əliyev və Ali Baş Kömandan İlham Əliyev Azərbaycanın əfsanəvi tarıxı qəhrəmanlarıdır.

08:39 - Vidadi Hüseynovun rəhbərliyi ilə 33 saylı Ağcabədi rayon Yol İstismar İdarəsinin uğurları göz qabağındadır.

11:48 - AZƏRBAYCANDA MƏMUR ÖZBAŞNALIĞI

PressDent.Info

Sumqayıtda 1 milyard dollarlıq layihə - TƏFƏRRÜATLAR - FOTO

Sumqayıtda 1 milyard dollarlıq layihə - TƏFƏRRÜATLAR - FOTO
7-03-2016, 15:34 37671 dəfə baxılıb

Azərbaycanda reallaşdırılan çox önəmli iqtisadi layihələrdən biri də Sumqayıt Kimya Sənaye Parkıdır.
 
Sumqayıt Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.
 
 
Paytaxt Bakıdan 32,5 km məsafədə yerləşən və nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisi 295,62 hektar təşkil edir. Sumqayıt Kimya Sənaye Parkının Baş Planına əsasən, Parkın Sənaye Zonası 192 hektar təşkil edəcək. Burada aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr yerləşəcək.
 
Müasir üslubda dizayn edilmiş və 21 hektar təşkil edəcək Sosial zonada Parkın rezidentləri üçün böyük imkanlar yaradılacaq. Burada 16 mərtəbəli inzibati bina, Sərgi-Konfrans Kompleksi, Peşə Təhsil Mərkəzi, Laboratoriya binası, emalatxanalar, Uşaq Baxım Mərkəzi, açıq və qapalı idman meydançaları, Sağlamlıq Mərkəzi, Yataqxana Kompleksi, həmçinin rezidentlər və işçilərə xidmət edəcək digər obyektlər fəaliyyət göstərəcək.
 
Sumqayıt Kimya Sənaye Parkının hazırda 5 rezidenti var:
 
"Azertexnolayn" Məhdud Məsuliyyətli Cəmiyyəti;
"SOCAR Polymer" Məhdud Məsuliyyətli Cəmiyyəti;
"Azer Float" Qapalı Səhmdar Cəmiyyəti;
"Azerbaijan Fibro Cement" Məhdud Məsuliyyətli Cəmiyyəti;
"Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti" MMC;
"Azertexnolayn" MMC 20 fevral 2012-ci il tarixində "Hidromakina" MMC adı altında yaradılıb. 23 avqust 2013-cü il tarixdən adı dəyişdirilərək "Azertexnolayn" MMC kimi fəaliyyət göstərir. 23 sentyabr 2013-cü il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
 
 
Müəssisə Sənaye Parkının 24 ha torpaq sahəsində Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ildə 120 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar və 3 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edir.
 
Müəssisədə 1022 iş yerinin açılması nəzərdə tutulur. Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Azertoxnolayn" MMC-nin 3 zavodu - Polad Boru Zavodu, Polietilen Məmularları Zavodu və Texniki Avadanlıqlar Zavodu fəaliyyət göstərir.
 
"SOCAR Polymer" MMC 16 iyul 2013-cü ildə yaradılıb. 23 sentyabr 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
 
Şirkət Sumqayıt Kimya Sənaye Parkının 30 ha torpaq sahəsində Kanada texnologiyası əsasında ildə 180 min tonpolipropilen (PP) və Avstriya texnologiyası əsasında ildə 120 min ton yüksək sıxlıqlı polietilen (HDPE) istehsal edəcək.
 
PP istehsalında istifadə olunacaq avadanlıqlar Kanadanın "LyondellBasell Varennes", HDPE istehsalında istifadə olunacaq avadanlıqlar isə Avstriyanın "Borealis Schwechat" şirkəti tərəfindən təchiz ediləcək. Müəssisədə yerli xammaldan, Sumqayıtda istehsal olunan propilen və etilendən istifadə edəcək.
 
PP layihəsi üzrə 100 nəfər və HDPE layihəsi üzrə isə 300 nəfər daimi iş yeri ilə təmin olunacaq.
 
"AzerFloat" QSC 18 mart 2014-cü ildə yaradılmışdır. 18 dekabr 2014-cü il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
 
 
Şirkət Sənaye Parkının 12.04 ha torpaq sahəsində Float texnologiyası (isti vannada yayma) əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə şüşə lövhələr istehsal edəcək Vərəqə Şüşə İstehsalı Zavodunun inşası nəzərdə tutulur.
 
Yeni yaradılan müəssisənin layihələndirilməsi, onun bu sahəyə aid olan müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz edilməsi dünyada şüşə əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan Almaniyanın "HORN Glass Industries AG" şirkəti tərəfindən təmin ediləcək.
 
Layihə çərçivəsində 150 nəfəri daimi iş yeri ilə təmin olunacaqlar.
 
 "Azerbaijan Fibro Cement" MMC 31 yanvar 2013-cü ildə yaradılıb. "Azerbaijan Fibro Cement" MMC "Synergy Group" ASC-yə daxildir. 5 fevral 2015-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
 
Müəssisə sənaye parkının 9.0173 ha torpaq sahəsində lifli sement (fibro-sement) lövhələrin istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 6 mln. m2 fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək. Yeni yaradılan müəssisənin layihələndirilməsi, müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunması Avropanın bu sahədə aparıcı şirkətlərindən olan Avstriyanın "MFL" şirkəti tərəfindən təmin ediləcək.
 
Layihə çərçivəsində 150-200 nəfər daimi iş yeri ilə təmin olunacaqlar.
 
"Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti" MMC 5 oktyabr 2015-ci ildə yaradılmışdır. 19 fevral 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
 
Şirkət Sənaye Parkının 5 ha torpaq sahəsində Float texnologiyası (isti vannada yayma) əsasında ildə 20 min ton ferrosilisium (FeSi) və 36 min ton ferrosilikomanqan (FeSiMn) istehsal edəcək Ferroərintilər Zavodunun inşası nəzərdə tutulur.
 
Layihə çərçivəsində 150 nəfəri daimi iş yeri ilə təmin olunacaqlar.
 
Sumqayıtda 1 milyard dollarlıq layihə - TƏFƏRRÜATLAR - FOTO
 
Sumqayıtda 1 milyard dollarlıq layihə - TƏFƏRRÜATLAR - FOTO
 
Sumqayıtda 1 milyard dollarlıq layihə - TƏFƏRRÜATLAR - FOTO
 
Sumqayıtda 1 milyard dollarlıq layihə - TƏFƏRRÜATLAR - FOTO
 
Sumqayıtda 1 milyard dollarlıq layihə - TƏFƏRRÜATLAR - FOTO
 
Sumqayıtda 1 milyard dollarlıq layihə - TƏFƏRRÜATLAR - FOTO
 
Sumqayıtda 1 milyard dollarlıq layihə - TƏFƏRRÜATLAR - FOTO
 
Sumqayıtda 1 milyard dollarlıq layihə - TƏFƏRRÜATLAR - FOTO
 
Sumqayıtda 1 milyard dollarlıq layihə - TƏFƏRRÜATLAR - FOTO

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ