SON DƏQİQƏ

PressDent.Info

SOCAR-ın Gürcüstana qaz nəqli ilə bağlı 4 sənəd imzalanıb

SOCAR-ın Gürcüstana qaz nəqli ilə bağlı 4 sənəd imzalanıb
4-03-2016, 15:35 28275 dəfə baxılıb

Bu gün Tbilisdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında qaz nəqli ilə bağlı 4 sənəd imzalanıb.
Birinci sənəd Qaz tədarükü müqaviləsinə edilən dəyişikliklər barədədir və bu sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru David Tvalebeyişvili, «SOCAR Gas Export-Import» MMC-nin direktoru Zaur Quliyev imzalayıb.
 
İkinci sənəd isə Qaz alqı – satqı müqaviləsinə dəyişikliklərin edilməsi barədədir və sənədi SOCAR prezidenti və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzalayıb. Bu sənədə aid həm də Öhdəliklərin icrası barədə “Zəmanət öhtəliyi” imzalanıb.
Hüquqların ötürülməsi barədə Aktı isə Rövnəq Abdullayev, "SOCAR Georgia Gas" MMC-nin Direktoru Azər Məmmədov və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzlayıb.
 
SOCAR və "SOCAR Georgia Gas" MMC arasında qaz alqı-satqısı barədə müqaviləsini isə Rövnəq Abdullayev və "SOCAR Georgia Gas" MMC-nin Direktoru Azər Məmmədov imzalayıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ