SON DƏQİQƏ

PressDent.Info

Neftin birdən-birə bahalaşmasının səbəbi açıqlandı

Neftin birdən-birə bahalaşmasının səbəbi açıqlandı
4-02-2016, 16:10 19749 dəfə baxılıb


“Analitiklər qiymətlərin yenidən düşəcəyini istisna etmir”
Venesuella hökuməti bəyan edib ki, 6 OPEK və 2 qeyri-OPEK ölkəsi qurum tərəfindən fövqəladə iclas keçirilməsi şəraitində bu iclasa qatılmağa hazırdır.
 
Bloomberg-in məlumatına əsasən, analtiklər hesab edir ki, neftin qiymətininn 35 dolları keçməsi məhz bu amil ilə də bağlı ola bilər.
 
Qeyd edək ki, neftin qiymətləri bu həftə 10%-lik itki və qazanc arasında dalğalanıb. Qiymətlər hələ ki, İran üzərindən beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra, neft ixracını artırmağa hazırlanması, ABŞ-da yüksək neft ehtiyatlarının təsiri ilə aşağıdır.
 
Belə ki, ABŞ-da neft ehtiyatları ötən həftə, dünən açıqlanana rəsmi məlumatlara görə, 502,7 milyon barelə çataraq, 1982-ci ildən bu yana ən yüksək səviyyəyə çatıb.
 
Bəzi analtiklər isə bildirir ki, neftin qiymətləri yenidən aşağı düşəcək. Belə ki, analtiklərə görə, 6 OPEK və 2 qeyri-OPEK ölkəsi hasilatın azaldılması ilə bağlı qərar qəbul etsə belə, bazara neft çıxarmağa hazır olan kifayət qədər istehsalçı var.
 
Xatırladaq ki, bu gün neftin qiymətləri təxminən 7%-dən çox bahalaşıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ