SON DƏQİQƏ

PressDent.Info

Banklar valyuta satışını dayandırdı

Banklar valyuta satışını dayandırdı
29-12-2015, 15:30 29754 dəfə baxılıb

Azərbaycan banklarının əksəriyyəti xarici valyutanın satışını dayandırıb. Buna səbəb tələbatın çox olması ilə əlaqədar dollar və avro çatışmazlığının yaranması, eləcə də xarici valyutanın gələcək qiyməti ilə bağlı qeyri-müəyyən vəziyyətinin hökm sürməsidir.
Buna görə də, bankların çox dollar və avro almaq istəyən müştərilərinə “Yox” cavabı verir. Bəzi banklarda isə satış limitlə – adambaşına 500-1000 dollardan və yaxud avrodan çox olmamaq şərti ilə həyata keçirilir.
Valyuta satmayan banklar bunlardır:
– «AFB Bank»
– «Bank Respublika»
– «Caspian Development Bank»
– «Muğanbank»
– «Amrahbank»
– «Ata Bank»
– «Bank of Baku»
– «Qafqaz İnkişaf Bankı»
– «Parabank»
– «Xalq Bank»
– İran Milli Bankının Bakı filialı

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ