SON DƏQİQƏ

PressDent.Info

Banka borcu olanlar üçün ŞAD XƏBƏR

Banka borcu olanlar üçün ŞAD XƏBƏR
8-12-2015, 16:37 67599 dəfə baxılıb

Yeni ildən qüvvəyə minəcək “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (hazırda 131), əmək qabiliyyətli əhali üçün 146 manat (hazırda 140), pensiyaçılar üçün 115 manat (hazırda 108), uşaqlar üçün 117 manat (hazırda 108) məbləğində müəyyən edilib.
 
Hüquqşünas Əkrəm Həsənov banka borcunu ödəyə bilməyənlər üçün bunun  çox yaxşı xəbər olduğunu açıqlayıb. O, bunu məhkəmə və icraçıların borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəlir tuta bilməsi ilə açıqlayıb.
 
«Məsələn, tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əmək haqqısı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır (əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artmasa)» - deyə ekspert açıqlayıb.
 
Əkrəm Həsənov vətəndaşlara müraciətlə bildirir ki, əgər yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, şikayət edin, haqqınızı tələb edin: «Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşını hər bir halda qorusun. Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ