SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Gələn il dollar və rubl bahalaşacaq - PROQNOZ

Gələn il dollar və rubl bahalaşacaq - PROQNOZ
22-11-2015, 18:12 29928 dəfə baxılıb

"Goldman Sachs" investisiya bankı 2016-cı il üçün ən yaxşı ticarət strategiyasına dair icmalında avro və yen əvəzinə sərmayədarlara dollar almağı tövsiyə edir. "Bloomberg"in verdiyi məlumata əsasən, Bank həmçinin Rusiya rublu və Meksika pesosunun möhkəmlənəcəyini ehtimal edərək, bu valyutalara əmanət qoymağı da məsləhət görür.
 
"Goldman Sachs"ın analitikləri qeyd edirlər ki, Federal Ehtiyat Sistemi, həmçinin Avropa Mərkəzi Bankı və Yaponiya Bankının siyasətindəki zidiyyətlər 2016-cı ildə də geniş müzakirə olunan mövzulardan biri olacaq: "Valyutalar bu cür zidiyyətlərə qarşı xüsusi həssas olur və dolların artıq mövcud artımına baxmayaraq, hesab edirik ki, onun avro və yenə qarşı gələcək möhkəmlənməsi üçün də imkanlar mövcuddur".
 
"Goldman Sachs" Cənubi Afrika randı və Çili pesosuna qarşı Meksika pesosu və Rusiya rubluna əmanət yatırmaq, habelə klassik istiqarazlar əvəzində isə inflyasiyaya bağlı olan ABŞ bondlarını almağı məsləhət görür.
 
"Citigroup"un moskvalı iqtisadçısı İvan Çakarov bildirir ki, yaxın zamanlarda vəziyyət dəyişə bilər: "Rublda olan aktivlər ötən həftə Qərblə Rusiya arasında mümkün yaxınlaşma fonunda dəstək hiss edib. Lakin yaxın günlər və həftələrdə bu vəziyyət dəyişə bilər. Belə ki, fundamental amillər hələ də zəifdir, neftin qiyməti təzyiq altındadır, FES-in dekabra uçot dərəcəsini artırması mümkündür".
 
Xatırladaq ki, 2014-cü il dekabr ayında Rusiya valyutası tarixi minimuma (80 RUB/USD) düşüb. İlin əvvəlindən Rusiya rublu təxminən 10% ucuzlaşıb. Lakin bu həftə dollara qarşı 3% bahalaşıb. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ