SON DƏQİQƏ

PressDent.Info

Nazirlik yarmarkaları bərpa edir

Nazirlik yarmarkaları bərpa edir
19-11-2015, 16:19 21837 dəfə baxılıb

“Ən böyük yarmarkalar Sumqayıtda və Abşeron rayonu Xırdalan şəhərində açılaraq artıq sakinlərin ixtiyarına verilib”.
 
Bu haqda Modern.az saytına Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.
 
Nazirlik rəsmisi qeyd edib ki, ilin sonuna kimi daha bir neçə ünvanda yarmarkaların təşkili nəzərdə tutulub:
 
“Hazırda daha 5 ünvanda-Xətai rayonu - Məzahir Rüstəmov küçəsi (“Bakı” kinoteatrının yanı); Səbail rayonu - Badamdar qəsəbəsi; Nərimanov rayonu - Keşlə bazarının yanı; Binəqədi rayonu - Dərnəgül qəsəbəsi; Suraxanı rayonu - Əmircan qəsəbəsi”ndə kənd təsərrüfatı yarmarkalarının təşkili həyata keçirilir.
 
Həmçinin yerlər dəqiqləşdirilir, münasib ərazilər nəzərdən keçirilir. Növbəti dəfə Yasamalda, Nəsimi rayonlarında da kənd təsərrüfatı məhsullarının satışı təşkil ediləcək”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ