SON DƏQİQƏ

PressDent.Info

Mərkəzi Bankdan 5 milyardlıq əməliyyat

Mərkəzi Bankdan 5 milyardlıq əməliyyat
3-11-2015, 23:02 28806 dəfə baxılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin yanvar-sentyabr aylarında 4 milyard 796,059 milyon manat məbləğində pul emissiyası həyata keçirib. 
 
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu dövrdə banklara ümumi kassa mədaxili 32 milyard 416,404 milyon manat təşkil edib ki, bunun 7 milyard 916,901 milyon manatı hüquqi şəxslərdən daxilolmaların, 2 milyard 420,441 milyon manatı fiziki şəxslərdən daxilolmaların, 19 milyard 336,966 milyonu bankların fiziki və hüquqi şəxslərlə əməliyyatlarından daxilolmaların, qalan məbləğ digər daxilolmaların payına düşüb.
 
Hesabat dövründə banklar vasitəsilə nağd vəsaitlərin ümumi kassa məxarici 27 milyard 674,146 milyon manat, o cümlədən hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin ödənişləri üzrə 6 milyard 559,09 milyon manat, bankların hüquqi və fiziki şəxslərlə əməliyyatlara görə ödənişləri üzrə 11 milyard 404,805 milyon manat, bankomatlar vasitəsilə əməliyyatlar üzrə 8 milyard 732,712 milyon manat olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ