SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda ev almaq üçün nə qədər maaşın olmalıdır? – DİAQRAM

Azərbaycanda ev almaq üçün nə qədər maaşın olmalıdır? – DİAQRAM
3-11-2015, 22:57 24283 dəfə baxılıb

Yeni rəqəmlər.
 
Azərbaycan İpoteka Fondu (AİF) 2015-ci ilin III rübü üzrə borcalanların aylıq gəlirinə görə pay bölgüsünü açıqlayıb.
 
Azərbaycan İpoteka Fondunun bildirdiyinə görə, 36,5% borcalanın maaşı 1100 manatdan yuxarıdır. 15,5%-nin maaşı 900-1100 manat, 20,9%-nin 700-900 manat, 17,7%-nin 500-700 manat, 7,1%-nin 300-500 manat arasında dəyişir, 2,3% borcalanın maaşı isə 300 manatdan aşağıdır. 
 
 
Məlumat üçün bildirək ki, ipoteka krediti götürənlərin 63,3%-i evli, 31,7%-i isə subay olub. 
 
 
Bundan başqa, AİF-dən qeyd edilib ki, borcalanların 22%-i bank və sığorta, 20,7%-i hərbi, 13,1%-i energetika, 9,2%-i hüquq-mühafizə orqanlarında, 1,6%-i nəqliyyat, 3,7%-i rabitə, 1,8%-i səhiyyə, 2,5%-i təhsil, 1,7%-i tikinti, 4,5%-i yerli və xarici dövlət qurumlarında, qalan 18,7%-i isə digər sahələrdə çalışır. 
 
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ