SON DƏQİQƏ

PressDent.Info

Azərbaycan Dövlət Neft Fondu bu gün 10 milyon dollar itirdi

Azərbaycan Dövlət Neft Fondu bu gün 10 milyon dollar itirdi
11-08-2015, 23:02 18805 dəfə baxılıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün - avqustun 11-də Çin Mərkəzi Bankının (ÇMB) milli valyuta - yuanın 2%-lik devalvasiyası ilə bağlı qərarından sonra 10 milyon dollar zərər edib.

Bu qərar Çinin ixrac potensialını artırmaq məqsədilə edilib. Qeyd edək ki, iyul ayında Çinin ixracı keçən ilin analoji dövrü ilə müqayisədə 8,3% azalıb.

Xatırladaq ki, ARDNF Çin aktivlərinə 3 mlrd. yuan (500 mln. dollar) həcmində investisiya yatırmaq üçün 2014-cü ildə ÇMB-dən müvafiq lisenziya alıb. Nəticədə bu ilin iyul ayında Çin dövlət istiqrazlarına investisiya həyata keçirilib. İnvestisiya yuanla baş tutduğundan, bu valyutanın bugünkü 2%-lik devalvasiyası dollar ekvivalentində ARDNF-ə 10 mln. dollar zərər vurub. Ekspertlər yuanın tədricən devalvasiya ediləcəyini proqnozlaşdırırlar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ