SON DƏQİQƏ

20:43 - Sakinlərdə Binəqədi rayonu 92 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərindən razılıq edirlər.

23:53 - Sərhədsiz həkimlər beynəlxalq təşkilatının monitoring qrupu Azərbaycandakı klinikalarda oldular.

13:42 - Azərbaycan ziyallısı Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Polis Polkovnik Leytenantı Həmid Həsənov

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

PressDent.Info

Rusiya ərzaq embarqosunu daha 5 ölkəyə genişləndirib

Rusiya ərzaq embarqosunu daha 5 ölkəyə genişləndirib
13-08-2015, 22:37 31856 dəfə baxılıb

Rusiya ərzaq embarqosunu tətbiq etdiyi ölkələrin siyahısını genişləndirib.
 
Müvafiq qərarı baş nazir Dmitri Medvedev imzalayıb.
 
BBC-yə istinadən bildirir ki, sanksiyalar Albaniya, Monteneqro, İslandiya və Lixtenşteynə aid edilib. Ukrayna siyahıda "xüsusi şərtlər" olan ölkələr sırasındadır.
 
İnformasiya agentliklərinə əsasən, Ukraynaya qarşı idxal məhdudiyyətləri Avropa İttifaqı ilə Kiyev arasında Assosiasiya Sazişinin işə düşməsi təqdirində qüvvəyə minəcək.
 
"Sanksiyalara əlavə ölkələrin qoşulması o deməkdir ki, onlar Rusiyanın cavab addımlarına hazırdır", - baş nazir Dmitri Medvedev deyib.
 
İyul ayının sonunda Albaniya, Monteneqro, İslandiya, Lixtenşteyn və Ukrayna Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulublar.
 
Bundan əvvəl isə Aİ Krımın ilhaqı və Rusiyanın Ukraynadakı roluna görə elan etdiyi iqtisadi sanksiyalar müddətinin 6 aya uzadılması barədə qərar qəbul edib.
 
2014-cü ildə Moskva Rusiyaya qarşı sanksiyalara qoşulan ölkələrdən ərzaq idxalının məhdudlaşdırılacağını elan edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ