SON DƏQİQƏ

20:43 - Sakinlərdə Binəqədi rayonu 92 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərindən razılıq edirlər.

23:53 - Sərhədsiz həkimlər beynəlxalq təşkilatının monitoring qrupu Azərbaycandakı klinikalarda oldular.

13:42 - Azərbaycan ziyallısı Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Polis Polkovnik Leytenantı Həmid Həsənov

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

PressDent.Info

Beynəlxalq qurumdan Azərbaycan üçün qorxunc devalvasiya açıqlaması

Beynəlxalq qurumdan Azərbaycan üçün qorxunc devalvasiya açıqlaması
22-09-2015, 18:34 29340 dəfə baxılıb

"Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin uzuşlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər. Əgər indiki trend qarşıdakı aylarda da davam edərsə."
 
Bu, Asiya İnkişaf Bankının gözləntisidir. Bankın “Asian Development Outlook 2015 Update” adlı hesabatında bildirilir ki, Azərbaycanın bank sektorundakı dollarlaşma ən çox narahatlıq doğuran amildir: “Bu ilin fevralındakı devalvasiyadan sonra dollar depozitləri az qala iki dəfə artıb”.
 
Bank qeyd edir ki, Azərbaycanın xarici valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu azalma Mərkəzi Bankın devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir.
 
Manatın məzənnəsi dünya bazarlarında neftin qiymətindən asılıdır. Əgər ötən ilin avqustunda Azərbaycan nefti 103.08 dollara satılırdısa, indi iki dəfədən çox ucuzlaşıb. Ölkədə inflyasiya sürətlənib. Və devalvasiya xaricdən gətirilən malların qiymətinin artmasına şərait yaratmaqda davam edəcək:
 
Bank xatırladır ki, hökumət qənaətə keçib: "2016-cı ilin dövlət büdcəsi yığcamlaşdırılıb, bəzi investisiya layihələri təxirə salınıb."
 
Amma növbəti devalvasiya ilə bağlı proqnozuna baxmayaraq bank bundan əvvəlki hesabatda Azərbaycanın inkişaf tempi ilə bağlı verdiyi proqnozu dəyişməyib.
 
Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb. Məqsədi Asiyada iqtisadi inkişafa dəstək verməkdir. Mərkəzi qərargahı Filippində yerləşən bankın nizamnamə kapitalı 55 milyard dollardır. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ