SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Mərkəzi Bank bir ayda 1.2 milyard dollar itirib

Mərkəzi Bank bir ayda 1.2 milyard dollar itirib
5-09-2015, 17:27 39780 dəfə baxılıb

Azərbaycan Mərkəzi Bankı strateji valyuta ehtiyatlarının həcminə dair növbəti aylıq məlumatı yayıb. Mərkəzi Bankın rəsmi saytında yayılan məlumata görə, bankın ehtiyatları avqust ayı ərzində rekord səviyyədə - təxminən 1,2 milyard dollar azalıb. Belə ki, iyul ayının sonuna olan rəqəmlərə əsasən Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının həcmi 8,5 milyard dollara yaxın idi. İndi isə Mərkəzi Bankın cəmi 7,315 milyard dollarlıq rezervi qalıb. Bu isə o deməkdir ki, Mərkəzi Bank avqust ayında manatın kursunu indiki səviyyədə saxlamaq üçün valyuta bazarına rekord səviyyədə intervensiya həyata keçirib.

Avqust ayında Qazaxıstanda təngənin kursunun sərbəst buraxılması və neftin kəskin ucuzlaşması, habelə rublun dəyərdən düşməsi, digər MDB ölkələrinin milli valyutalarının ucuzlaşması şəraitində manatın da ucuzlaşacağına dair ajiotaj yarandı.

Hətta Bakıda valyutadəyişmə məntəqələri dollar satışını dayandırdı, yaxud bəzi banklar Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnədən kənara çıxaraq dolları baha satmağa başladı. Həmin günlərdə Mərkəzi Bank valyuta bazarında yaranmış ajiotajı yatırmaq üçün cəmi iki gündə təxminən yarım milyard dollarlıq intervensiya həyata keçirmişdi. 

Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının bir ayda kəskin azalması manatın növbəti dəfə devalvasiyaya məruz qalacağına dair narahatlıqları artıra bilər. Xatırladaq ki, 2014-cü ilin sonunda Mərkəzi Bankın 13,7 milyard dollarlıq rezervi var idi. 2015-ci ilin əvvəllərindən başlayaraq Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün hər ay 1 milyard dollara yaxın valyuta satıb.

Fevral ayında manatın 34 faizlik devalvasiyası da ehtiyatların azalmasının qarşısını ala bilməyib, sonrakı aylarda Mərkəzi Bankın ehtiyatları təxminən ayda 1 milyard dollar azalıb. Proses iyun ayında dayanmışdı və hətta Mərkəzi Bankın rezervlərində cüzi artım qeydə alınmışdı. Lakin dünyada başlayan iqtisadi böhranın təsirləri ilə Azərbaycanda yeni dollar ajiotajı başlayıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ