SON DƏQİQƏ

PressDent.Info

Rusiyanın neft gəlirləri azalır (Təhlil)

Rusiyanın neft gəlirləri azalır (Təhlil)
4-09-2015, 22:40 23690 dəfə baxılıb

Rusiyada neftin hasilatı artsada gəlirlərində sürətlə azalmalar müşahidə olunur.

 

QaynarXeber.Az xəbər verir ki, 2015-ci ilin yanvar-iyul aylarında Rusiyanın ixrac etdiyi neftin həcmi xeyli artıb. Lakin buna baxmayaraq neftdən gələn gəlir 42% azalaraq 56,23 milyard dollar təşkil edib.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiya 7,2% daha artıq (140,6 milyon ton) neft satıb. Neft məhsullarından əldə olunan gəlirlər də 37% azalaraq 44,4 milyard dollara düşüb.


2015-ci ilin yanvar-iyul aylarında Rusiya ümumilikdə 210,5 milyard dollarlıq məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,6% azdır.
İxracda neft və neft məhsullarının payı 68,5% təşkil edib.

 

QaynarXeber.Az

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ