SON DƏQİQƏ

PressDent.Info

“SƏBA” ziyana düşüb

“SƏBA” ziyana düşüb
3-09-2015, 20:20 22386 dəfə baxılıb

 
Ən böyük broyler məhsulu istehsalçısı “SƏBA” (keçmiş “Dəvəçi Broyler”) ilk dəfə ziyana düşüb.
 
Şirkətin hesabatına görə, 2014-cü ildə satış həcmi 1,5 mln manat artaraq 40,4 mln manatı keçib. İstehsal və digər xərclər il ərzində 6 mln 340,4 min manat artaraq 42,3 mln manat olub. Nəticədə “SƏBA” ASC-nin illik ziyanı 1 mln 943,9 min manat olub.
 
2014-cü ildə şirkət  broyler məhsulu satışını 500,4 ton artıraraq 14,3 min tona çatdırıb.      
 
Nizamnamə kapitalı 4,8 mln manat olan şirkətin xalis aktivləri 31,7 mln manatdır. İl ərzində xalis aktivlər 1,3 mln manat azalıb. 
 
2014-cü ildə “SƏBA” ASC-nin 6,8 mln manat bank krediti olub.
 
2013-cü ildə nominalı  2 manat olan hər səhmə 2,34 manat dividend ayrılıb. SC-nin kapitalında 16 mln manat bölünməmiş mənfəət var.
 
“SƏBA” ASC-nin səhmdarlarından biri «Azərbaycan İnvestisiya Şirkəti»dir (10%).
 

 

2014-cü ildə “Dəvəçi Broyler” və onun bir neçə törəmə şirkəti yenidən təşkil edilərək “SƏBA” ASC yaradılıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ