SON DƏQİQƏ

PressDent.Info

Azərbaycana ən çox sərmayə yatıran – 5 ÖLKƏ

Azərbaycana ən çox sərmayə yatıran – 5 ÖLKƏ
2-09-2015, 16:39 22038 dəfə baxılıb

2015-ci ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala 3 milyard 874,5 milyon manat vəsait yönəldilib. 
 
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. 
 
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 337 milyon manatı (86,1%-i) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç sərmayədarlarına məxsus olub. 
 
Qeyd edək ki, 2015-ci ilin 7 ayında Böyük Britaniya Azərbaycana 1 milyard 231 milyon 516 min manat, Türkiyə  təxminən 549 milyon manat, Norveç 408 milyon manat sərmayə yatırıb. 
 
Xatırladaq ki, anoloji dövrdə Rusiya və İran Azərbaycana təxminən eyni həcmdə 262 milyon manat sərmayə qoyub. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ