SON DƏQİQƏ

PressDent.Info

Evi olmayan müəllimlərə - İPOTEKA MÜJDƏSİ

Evi olmayan müəllimlərə - İPOTEKA MÜJDƏSİ
27-08-2015, 20:20 29049 dəfə baxılıb

Azərbaycan vətəndaşlarının əsas problemlərindən biri mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. 
 
Prezidentin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə ipoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsaitin ayrılacağını açıqlaması evsiz insanlar üçün şad xəbər oldu.
 
Ekspertlər hesab edir ki, bu vəsait çox sayda ailənin evlə təmin olunmasına gətirib çıxaracaq. Lakin nəzərə almaq lazımdır ki, ipoteka şərtləri də çox ağırdır. Məsələn, şərtlərdə maaşın yüksək olması müəllim və həkimlərin bu kreditlərdən faydalanmasının qarşısını alır.
 
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına deyib ki, məsələ yaxın vaxtlarda öz həllini tapacaq: “Bu barədə cənab prezidentin göstərişi var. Hökumət Mərkəzi Bankla birgə ipoteka şərtlərinin yüngülləşdirilməsi, imkanların dəyərləndirilməsi üzərində işləyir. Yəqin ki, yaxın vaxtlarda nəticələri görəcəyik”.
 
Musa Quliyevin fikrincə, müəllim və həkimlərin sosial ipotekadan yararlanması üçün xüsusi şərtlər müəyyənləşdirilməlidir: “Müəllim və həkimlərin də ipoteka kreditindən yararlanması məsələsi çox vacibdir. Onların sosial ipoteka imkanlarını genişləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, sosial ipoteka alan şəxslərin siyahısında müəllim və həkimlərin adı yoxdur. Bu zümrədən olanlar həm az maaş aldıqlarına, həm də dövlətin, cəmiyyətin inkişafında xüsusi xidmətləri olduğuna görə dövlətin onlara dəstəyi mütləqdir.
 
Hesab edirəm ki, bu vacib, yerində edilən təklifdir və hökumət də bunun üzərində düşünməlidir. Müəllimlərin və həkimlərin sosial ipotekadan yararlanması üçün xüsusi şərtlər müəyyənləşdirilməlidir.
 
Bununla onların da uzunmüddətli kreditdən yararlanması və mənzil şəraitinin yaxşılaşdırılması mümkündür. Məncə, bu, sözügedən peşə sahiblərinə yüksək hörmətin nəticəsi olacaq”. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ