SON DƏQİQƏ

PressDent.Info

Azərbaycan külək enerjisi istehsalını artırıb

Azərbaycan külək enerjisi istehsalını artırıb
27-08-2015, 18:43 22824 dəfə baxılıb

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda küləklə işləyən stansiyalar tərəfindən 4,1 mln. kVt/saat elektrik enerjisi istehsal olunub.
 
Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur. Bu müddətdə günəş enerjisi ilə işləyən stansiyaların elektrik istehsalı isə 2,1 mln. kVt/saat təşkil edib.
 
Statistikaya əsasən, ölkədə istilik elektrik stansiyalarının istehsalı isə illik müqayisədə 1,5% artaraq 12,528 mlrd. kVt/saat, su elektrik stansiyalarının istehsalı isə 21,7% artaraq 1,089 mlrd. kVt/saata çatıb.
 
Qeyd edək ki, hesabat dövründə ölkədə cəmi elektrik enerjisi istehsalı illik 2,9% artaraq 13,623 mlrd. kVt/saatı ötüb.
 
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində təhlil olunan dövrdə 1 087,4 mln. manat həcmində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 3,8%-lik artım əldə olunub.
 
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilmiş məhsulların həcmi 5,4% artaraq 131,2 mln. manat təşkil edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ