SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.
16-10-2020, 16:17 6525 dəfə baxılıb

 [media=http://hasansons.eu/rajhrad.html?fbclid=IwAR1irpOVz5Rw9P0N8Ez23Q5vRI0ILYILU2P5RMkPEmm8g08Gr6tnMC3XU-A]

 Azərbaycanda mədən hasılatının uzun tarixi vardır.

  Abşeron torpaqları neft ehtiyatları ilə zəngin olsada, sadə əhali indi olduğu kimi əvvəlki dövürdə də sərvətlərdən lazımınca fayda götürə bilmirdi. Neft emal edən zavodların olmaması, neft hasilatında əl ilə qazılan quyuların fantanı, ətraf mühütü ciddi çirklənməyə məruz  qoyur, quyulardan çıxan qaz isə istifdə edilmədən havaya buraxılırdı. Rusiyanın şimali Azərbaycan torpaqlarının ilhaqından sonra neft hasilatı bu ölkənin idarəçiliyinə keçdi.

Çar Rusiyasının tabeliyində olan neftlə zəngin Abşeronun  torpaqlarında 1870-ci ildə 12 şirkət fəalliyyət göstərirdisə,1872-ci ildə neft sənayesində  iltizam sisteminin ləğvidən  əsrin sonuna kimi olan müddətdə onların sayı 140-a çatdı. Müqayisə üçün qeyd edirik ki,1994-cü ilin neft sazişində şirkətləin sayı 11, 2017-ci il neft sazişində isə 9 şirkət mövcud olub. Azərbaycanın bu sahədə özəl şirkəti yoxdur. Dövlət adından neft və qaz hasilatı, nəqli, satışı və s. olmaqla bütün əməlliyatları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ARDNŞ (SOCAR) yerinə yetirir.  

Mütəxəssislər  XIX əsrin 70-80-cı illərində ABŞ-ın neft sənaye göstəricilərini Azərbaycanın neft sənaye göstəriciləri ilə müqayisi etmiş və  müəyyən etmişlərki, o dövrdə Pensilvaniyada qazılmış 14000 quyudan 3-4 mini, Abşeronda isə 100 quyudan 40-ı neft veriridi. Şimali Amerikada neft azı 1500 fut dərinlikdən çıxarılırdı. Abşeronda işləyən quyuların dərinliyi 300 fut idi. Şimali Amerikada bir neft quyusunun orta gündəlik məhsuldarlığı 60 pud, Abşeronda 1000 puddan çox idi. Neftin hər pudunun qiyməti orta hesabla Şimali Amerikada, Balaxanı mədənlərində satılan neftdən 9-10 dəfə baha idi.

1920-ci il Azərbaycanın 11-ci ordu tərəfindən işğalından az sonra bu sahadə mənfəət  mərkəzi hakimiyyətin nəzarətinə keçdi. 1920-ci ilin mayın 27-də dərc edilmiş dekret əsasında Azərbaycan Neft Komitəsi yaradıldı və bütün işlər komutə tərəfindən həyata keçirilməyə başladı. Neft sənayesinin milliləşdirilməsi adı altında yerli sahibkarların şirkətləri bolşevik  hakimiyyəti tərəfindən müsadirə olunurdu, xarici şirkətlər isə ilhaq olunan ərazilərdən çıxarılırdı.

  Bu sahədə şirkətlərin fəaliyyətinin dayandırılması nəticəsində, respublikanın sənaye istehsalı dəfələrlə aşağı düşdü. Şirkətlərin fəaliyyətinin dayanması ilə, Bakıda neftçi fəhlələrin sayı yarıdan çox azaldı. Neft hasilat 1913-cü ildə 7,3 milyon tondan idisədə, 1920/21-ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi. Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmışdı. 40 neft emalı zavodundan yalnız 18-i fəaliyyətdə idi, onlar da lazimi avadanlıq və xammal çatışmazlığı üzündən fasilə ilə işləyirdi.

Qeyd edirik ki, neft hasilatında rəsmi statistika 1871-ci ildən , qaz hasilatında üzrə isə 1922-ci ildən aparılır.1872- ci ildən 1920- ci ilə kimi olan dövürdə neft hasilati sənayesində özəl şirkətlərin fəaliyyəti bu sahədə daha yaxşı inkişafına səbəb olmuşdu.1920-ci ildən 1991-ci ilə kimi Azərbaycan əhalisi sərvətlərinin sahibi olmadı, SSRİ tərkibində  Azərbaycanın mədən sənayesi talandı.

Müstəqillik dövüründən sonra 1994-cü il sentyabrın 20-də qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi respublikasının yeni tarixində böyük rol oynadı.Bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu.

Bu müqavilədə Böyük Britaniyanın “BP”   (qoyulacaq investisiyanın 17,12 faizi) və “Ramco”  (2,08 faizi) , ABŞ-in “Amoco”  (17,01 faiz),” Unocal”   (11,2 faiz),” Pennzoil”  (9,81 faiz),” McDermott İnternational”  (2,45 faiz),Rusiyanın “Lukoyl” (10,0 faiz),Norveçin “Statoil” (8,56 faiz),Türkiyənin “Petrolleri Anonim Ortaklığının” (1,75 faiz) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) isə 20 faiz payı var idi. Həmi dövr müstəqil olan Azərbaycan üçün bu heçdə arzu olunan deyildi. Şirkətlər yalnız neftin çıxarılmasına görə haqq almalı idilər, amma şərtlər heçdə yumsaq deyildi, əksinə müstəqil ölkə üçün sərt idi. Neft sazişləri ilə Azərbaycanda  sabitlik təmin etilsədə , hökumət yaranan nəhəng pul sərvətinin yönəldilməsində düzgün mövqey tutmadi , ölkəni neftdən daha asılı və demokratiyadan daha kasad vəziyyətə saldı.

   Qısa müddət sonra Bakı–Novorossiysk Şimal ixrac boru kəməri və  Bakı–Supsa Qərb ixrac boru kəməri ilə neftin nəqli başlandı. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Azərbaycan tərəfi  "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzaladı. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzaladılar.Lakin regional layihələrdən  Bakı-Tiflis-Kars və cənub dəmir yolu xəttləri inşa edilsədə  beynəlxalq dəstək ala bilmədi.

Qeyd edirk ki, ilk neft kəməri ilə nəql Azərbaycanda 1907-ci ildə  Rusiya imperiyasının tərkibində  olarkən Bakı-Batımi arasında inşa edildi. Kəmərin uzunluğu 885 km idi.

Neftın tankerlərlə daşınmasında qeyri dövlət şirkətinin payı əhəmiyyətli dərəcədə artmaqda idi. 1998-ci ildə Azərbaycan əsilli Mübariz Məsimovun Türkiyyədə yaratdığı Palmali yük daşıma tankerləri ilə Azərbaycan neftinin dünya bazarına daşıyırdı. Şirkətin  ARDNŞ (SOCAR) ilə əldə olunan razılaşması  sonrakı illərdə  pozuldu. Palmali şirkətinin rəhbəri Mübariz  Məsimov  siyasi motivlərlə Turkiyyədə həbs edildi. ARDNŞ (SOCAR) Palmalı şirkətinin gəmilərini borc əvəzində mənimsəməsi ortaya çıxdı.Buradan görmək olur ki,ölkədə işgüzar mühüt hələdə çox pis vəziyyətdədir və bu investorların Azərbaycana gəlməsini əngəlləyən faktlardandır.

Müqayisə üşün qeyd etmək istərdik ki, 1887-ci ildə Nobel qardaşları Xəzər dənizində ilk neft tankerini aldılar. Gəlirlər o qədər böyük idi ki,  bu  sonda bütöv bir donanmaya qədər genişləndi. Həmən vaxtdan bolşevik işğalına gədər neft sənayesində yerli və xarici şirkətlər fəaliyyət göstərirdilər. 

“Resurs lənəti”

Müstəqillik illərində böyük neft sazişləri bağlandıqdan sonrakı müddətdə də ölkə rəhbərliyi xalqa məxsus olan sərvətlər üzərində öz sərvəti kimi qərar verir, gəlirləri xalqın mənafeyinə xərclənməsində ciddi korrupsiya  və qeyri şəffalıq höküm sürürdü.

Hasilat sənayesinə hökümət tərəfindən ciddi nəzarət olunur, bu sahədə yalnız siyasi nifuz sahiblərinin (SNS)  təsirində olan şirkətlər buraxılırdı. Bir qayda olaraq ciddi korrupsiya sixemləri, ofsorlarda yaradılan SNS-nin yaxınlarına məxsus olan şirkətlər hasilat sənayesini talayır, xalq isə məslənin mahiyyətini dəqiqliklə bilmir. Məsələdən xəbərdar olan insanlar isə  həbs və təqiblərdən ehiyatlanaraq buna qarşı ciddi etirazlara çıxa bilmirlər. Məsələnin mahiyyətini bilən expertlər, vətəndaş cəmiyyətinin üzvüləri, siyasi partiyalar bu məsələdə  vahid mövge ortaya qoya bilməməsinin nəticəsi olaraq, ölkə sərvətlərinin dağılmasının qarşısının alınması münkünsuz olaraq qalmaqdadır. Nəticədə hasilat sektoru və ümümi iqtisadiyyat hakimiyyətdə təmsil olunmuş SNS-i tərəfindən ciddi korrupsiya sahəsinə çevirmişdir.

Əsirlər sonra geri baxanda görünür ki, bu sərvətin səfası başqalarına, cəfası isə yerli insanlara məxsusdur.Tarixdə öz neft ehtiyatlarından düzgün istifadı etməyən Nigeriya və neft ehtiyatlarından qeyri qənaətçil istifadə edən İndoneziya, sərvətlərin taleyini xalq yox ölkədəki diktatorların həll etdiyi, sonda dağıdıcı müharibələr və çökmüş iqtiadiyyata malik İraq və Liviya kimi misallarda vardır. Sərvətinə güvənib xarici borclanan, gəlirlərin daha pis idarə edən  Monqolustan, Azərbaycan kimi eyni zamanda daha yaxşı idarəçiliyə və yüksək gəlirlərə malik Norveç və Sinqapur kimi dövlətlərdə var.

Siyasi biliklər üzrə norverçli  professor Oksan Bayulgen bildirir:  1990-cı illərdə xarici neft şirkətləri Azərbaycanın sovet dövründən qalma kommunist elitalarına kənar dəstək və legitimlik gətirdilər. Bəzi mütəxəsisslərin fikrinə görə, 1990-cı illərdən sonra neft bumu Azərbaycanda sosial və iqtisadi bərabərsizliyi artırıb. Ölkə büdcəsində xərclər milyardlarla dollar olsa da, xərclərin çoxu təhsilə, səhiyyə və sosial təminata deyil, infrastruktura, hərbi büdcəyə və hökumət xidmətlərinə investisiya olunub.”

İslandiyalı iqtisadçı, İslandiya Demokrat Partiyasının sədri Thorvaldur Gylfason müşahidələrinə görə: "Təbii ehtiyatlarla zəngin olan və pul içində üzən Azərbaycan təhsilin uzunmüddətli perpektivdəki dəyərini lazımınca qiymətləndirmir".

ABŞ yazıçısı Maykl L.Ross Neft lənəti haqqında özünün  “Neft sərvəti millətlərin inkişafını necə formalaşdırır" kitabında qeyd edir: “Azərbaycan hakimiyyəti əhalini neft gəlirləri barədə məhdud məlumatlandırmağın unikal yolunu tapmışdır . Hər il parlamentdə büdcə müzakirəyə çıxarılır, əslində isə real gəlirlərin ən azı yarısı büdcədə əks olunmayıb,”ARDNŞ vasitəsilə mənimsənilir".

Bəzi iqtisadiyyatçıların rəylərinə görə, Azərbaycanda neft sektorundan başqa digər sektorların zəif inkişafı, Holland sindromu yaranması təhlükəsini yaradır.  2015-ci ildə dünya bazarında neft qiymətlərinin kəskin azalmasından sonra 2016-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiya uğrayıb.

Britaniyalı jurnalist Tomas de Vaal yazır ki: "Neft gəlirləri Azərbaycana 2000-ci illərdə dünyanın ən böyük iqtisadi artımını təmin etmək, qısa müstəqillik dövründə yoxsulluğun kökünü kəsmək və qaçqınları evlə təmin etmək imkanı verib". 

   2015-ci ildə Avropanın əksər KİV-ləri Azərbaycan hakimiyyətini, xarici əlaqələrini “kürü diplomatiyası”-nın köməyilə qurmaqda ittiham edib. Müxtəlif KİV-lərin verdiyi məlumatlara görə, Avropa Şurasının deputatları, ABŞ konqresmenləri xərcləri ödənilməklə bahalı səfərlərə dəvət olunaraq, bahalı hədiyyələr verilib.

  Mədən hasilatı sənayesindəkı durum.

Dövlət mədən hasilatı sənayesindəki prosseslərə nəzarəti əla alıb. 2017-ci il martın 9-da MHŞT İdarə Heyətinin qərarı ilə Azərbaycanın qurumda üzvlüyü dayandırıldıqdan sonra şoxtərəfli qrupun vətəndaş cəmiyyəti hissəsi bütün maraqlı GHT-lərə açıq tutuldu.  Fəaliyyətə olan komissiyada təmsil olunan hökümət qrumları: Dövlət Neft Fondu, Energretika Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, şirkətlər və onlarla GHT-lər olsada benefisar sahiblik və  prosesslərə şəffalığa heç bir müsbət təsir etmədi.  Çoxtərəfli qrupun 2016-cı ildə qəbul etdiyi  yol xəritəsinə əsasən  1 yanvar 2020-ci ilə Azərbaycan  benefisiar sahiblik məlumatlarını açıqlamalı idi.Amma nəinki benefisiar sahiblik məlumatlarını, hətta  budcənin təsdiq olunmasında “qızıl orta” qaydasınında tətbiqindən imtina etdi. Qeyd edirik ki, 2019-cu ildə 2020-ci ilin büdcəsi üçün bu qayda tətbiq olunmuşdu və əvvəlki büdcənin 3% qədərində artım tətbiq edilmişdi. Budcənin real iqtisadiyyata deyil, resurslar hesabına şişirdilməsi korrupsiyaya yönəli addımlardandır.

Hasilat sənayersindən gələn gəlirlərin idarə olunmasında vətəndaşların rolu.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a edilmiş dəyişikliklərə uyğun olaraq, qəbul edilmiş investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər.

ARDNF 2012-ci ildən etibarən Avropanın London, Moskva, Paris, Milan kimi bir sıra  şəhərlərində, eləcə də Asiyada Seul və Tokio şəhərlərində yerləşən ofis və ticarət komplekslərinə investisiyalar yatırmışdır. Londonun Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177,4 milyon ingilis funt sterlinqi (285,6 milyon ABŞ dolları) təşkil edən ofis kompleksi; Moskva şəhərinin biznes mərkəzi,“Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi;  Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro (180 milyon ABŞ dolları) təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksi; Seul şəhərinin 203 Euljiro2-ga, Jung-gu ünvanında yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksi; Tokio şəhərinin Ginza rayonunda, Çou avenyuda yerləşən və dəyəri 52,3 milyard yapon yeni (432 milyon ABŞ dolları) təşkil edən Kirarito Ginza ticarət obyektləri, alınsada bu obyektlərdən gələn gəlirlik çox cüzü həddədir.  Müqavisə üçün qeyd edirik ki, Norveç neft qəlirlərini düzgün yönəldiyi üçün maliyyə ehtiyatlarını dəfələrlə artıra bilmişdir. Sinqapurda bu sahdə lider dövlətlərdəndir.Kuveyt öz neft ehtiyatlarından başqa dövlətlərin perspektivli sahələrinə 250 milyard ABŞ dolları inverstisiya qoymuşdur.  Azərbaycanda isə siyasi nifuz sahibləri (SNS) tutduqları vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, öz yaxınlarının adlarına afşorlarda qeydiyyatdan keçirdikləri şirkətlərlə, yüksək mənfəətli və daha yüksək gəlirli şərtlərlə müqavilələr bağlayaraq neft gəlirlərini mənimsəyirlər.  

Göründüyü kimi hasilat sənayesinin dövlət nəzarətində olması SNS-nin dahada çox korrupsiya sixemlərindən istifadəsinə imkan verir. Müqaisə üçün ABŞ-da, Canadada hasilat sənayesi liberallaşması bu sahələrin inkişafını sürətləndirmiş,  şəffafığı dahada artırmışdır.

Hasilat sənayesindən gələn gəlirlərin xərclənməsində vətəndaşların rəyi nəzərə alınması demokratik idarəçiliyin əsas meyyarıdır.

  İsbaniyada vətəndaşların verdikləri təkliflər  yerli idarə etmə orqanlarının büdcə vəsiatlərinin sərf edilməsində tərtib edilir. Vətəndaşların dövlət idarəçiliyində təkliflərini əsas götürən və bunu əsasında inkişaf planı hazırlayan Yaponiya dövləti II dünya müharibəsindən sonra dağılıb məhv olmuş bir ölkədən  dünyanın ən qudrətli ölkəsinə çevirə bildi.

Vətəndaşların arasında aparıaln sorğunun nəticəsi olaraq qeyd edirik ki, rəyi soruşulan hər 10 nəfərdən 9-u  mədən hasilatında nələr baş verməsi, buradakı prosseslər və korrpusiya sixemləri haqqında məlumatları azdır və ya ölkədə azad fikirin olmaması üçün, ehtiyyatlanaraq  bu haqda fikir bildirmək istəmirlər.Rəyi soruşulan 10 nəfərdən 10-nunda  təbii sərvətlərin xalqa məxsus olmasını bildirsədə hökümətin hələ bunu təmin etməməsindən şikayətçidir. İştirakçıların 10 nəfərindən 8-i mədən hasilatında liberallaşmanın başlamasında Azərbaycanın çox qeridə qalmasını və bu sektorun dövlət nəzarətindən tamami ilə çıxarılaraq şirkətlərə verilməsini bildirmişdir. 

Daha bir  vətəndaşın öz  fikirində bildirir: “Biz Azərbaycan vətəndaşıyıq, ölkədə təbii sərvətlərin xalqa məxsus olması qanunla təsdiq olunubsa, su, qaz, elektirik minumum istehlak səbətinə uygun şəkildə əhaliyə pulsuz verilməlidir. İllər boyu Türkmənistan vətəndaşlarına benzinə kimi pulsuz verib. İranda hər şey ucuz və vətəndaşa verilən dövlət müavinatı var. Rusiya, Avropa dövlətləri heç kimi aç, küçədə qoymur. Avropa dövlətləri  işləməyən əhalinin minimal səviyyədə  ehtiyaclarını təmin edir. Biz bu ölkənin vətəndaşıyıq və bu ölkənin sərhədləri daxilində  sərvətlər bizimdirsə, minimal səviyyədə pulsuz istifadə təmin olunmalıdır. Azərişiq, Azərqaz, Azərsu və s.digərləri  bu sərvətləri xaricdən alıb gətirmir, bu xalqa məxsus və ölkədədir, heç olmasa müəyyən səviyyədə adam başına pulsuz istifadə limitləri olmalıdır və limiti keçəndən sonra pul ödənilməlidir. Müavinat verməyə əlləri gəlmirsə heç olmasa ölkə sərvətlərindən limitli pulsuz istifadə təmin olunsun. Sovet vaxtında kasib əhalinin güzaranı dəfələrlə yaxşı idi ”

   Neft gəlirlərinin nəticəsində dəyişən və nisbətən modelləşən Azərbaycanda idarəçilik heçdə qənaət bəxş deyil. Ölkədə makro iqtisadiyyat böyük çəkiyə malikdir. Tək mədən hasilatında deyil, digər sahələrdədə iri şirkətlərın səhim nəzarət paketi dövlətin əlindədir. Demək olar ki,bütün sahələrdə dövlət şirkətləri inhisarçı mövqeydən şıxış edir. Dayanıqlı iqtisadi inkişafa malik,ölkələrdə isə əksinə mikro iqtisadi göstəricilər daha üstün olur. Dövlət müəssisələri özəlləşdirməyə verilir, korporativ idarəçilik tətbiq edilməklə şəffaflıq təmin edilir, şirkətlər fəaliyyətlərində ictimayi nəzarətə açıq olurlar.

Cəmil Hacıyev

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ