SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.
12-10-2020, 09:10 6786 dəfə baxılıb

Azərbaycan dünyada neftin tarixi vətənidir.

19-cu əsrin II yarısından başlayaraq sənayenin inkişafi ilə neftə olan təlabat ən prioritet sahəyə çevrildi. Lakin əksər ölkələrdə bu sərvətin əsas sahibi olan xalqların maraqları  təmin olunmurdu.

Benefisirlıq.

Benefisirlıq-konsepsiyanın mənşəyini ilk dəfə orta əsrlərdə torpaq və mülk münasibətlərinin tənzimlənməsində, hazırkı mənası kimi geniş olmayan mənada rast gəlinmişdir.  Latınca bene "fayda" mənasını verir. Fransız dilində alınma söz olaraq  fayda, pul qazancı, qazanc kimi tərcumə olunur. Bu terminin  orta əsirlərdə əmlaklarını idarə etmək hüquqlarını üçüncü tərəflərə ötürmüş insanlarada aid edilirdi. Bu fərdlər son faydalanan şəxs kimi gəlir əldə edir, ancaq idarəetmədə iştirak etmirdilər.

Müsir dövürdə benefisiar sahiblik (BS).

Benefisiar sahibliyin beynəlxalq tərifi: hüquqi şəxs üzərində sahibliyi olan, ondan yararlanan, nəzarəti və idarəetməni həyata keçirən, qərarların qəbul edilməsində təsirə malik olan fiziki şəxs deməkdir. Göründüyü kimi həm əvvəlki həmdə müasir dövürdə  sahiblik, idarə edənlər və icra edənlər arasında münasibətlər elə tənzimlənməli, şəffalıq təmin edilməli idi ki, bu sistem halında fəaliyyət göstərə bilsin və tərəflər bir-birlərinə nəzarət etməklə həmdə mənfəət əldə etsinlər. BS-in tərifini son nəticə fiziki şəxs olmaqla müxtəlif cürə ifadə edilir.

Benefisiar sahiblikdə şəffaflığın tarixi

Hər bir şirkətin kimə məxsus olması, kim tərəfindən idarə olunması,fiziki və hüquqi şəxslərin kimliyi,xüsusən bu məsələlərdə idarə etmə rıçaqlarından,vəzifə səlahiyyətlərindən,siyası nifuzundan istifadə edən şəxslərın açıqlanması,bununlada hasilat sənayesinə malik olan ölkələrdə şəffaflığın təmin olunması,korrupsiyaya qarşı mübarizə, xalqa məxsus vəsaitlərin,xalqın mənafeyinə uyğun,düzgün istifadə edilməsi və s. digər məsələrinin ictimayətə açıqlanması böyük önəm daşıyırdı.

Şirkətlərə və digər hüquqi şəxslərə sahiblik və ya nəzarət edən şəxslər barədə məlumat əksikliyi vergidən yayınma, çirkli pulların yuyulması, inkişaf etməkdə olan, həmçinin təbii ehtiyatlarla zəngin ölkələrdə pul vəsaitlərinin qeyri-qanuni axını üçün əlverişli mühit yaratmaqdadır.

  2004 cu ildə Azərbaycan Respublikasının Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə(MHŞT)  qoşulması qərara aldı.  2009-cu ilin oktyabrıda  Bakıda imzalanmış MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) təşkili və fəaliyyəti haqqında Razılaşma baş verdi. İlkin şərtlərə uyğun olaraq Azərbaycan hasılat sənayesində (HS) dövlətin iştirakını, xarici şirkətlərin iştirakını, hasilatın həcmini , vergi ödəmələrini  qənaət bəxs formada açıqladı.

2013-cü ilin may ayında Sidney şəhərində keçirilmiş MHŞT üzrə 6-cı Qlobal Konfransda, 24 noyabr 2004-cü il tarixli Memorandumu və Memorandumun yeni redaksiyada tərtib edilməsini vacib sayaraq qəbul edilmiş MHŞT Standarları, Azərbaycanın uyğun ölkə statusunun saxlanmasını təmin etmək məqsədilə aşağıdakılar barədə razılığa gəlindi:  Beynəlxalq terminologiyada “Multi-stakeholder group”. (http://eiti.org/document/standard ). Memorandum çərçivəsində, Azərbaycan Respublikasında tətbiq olunan MHŞT prosesini təkmilləşdirmək, prosesin inkişafı üzərində səmərəli çoxtərəfli nəzarəti və idarəetməni təmin etmək məqsədi ilə Tərəflərin nümayəndələrindən ibarət Çoxtərəfli Qrup təşkil edilir. Sonrakı dövürdə MHŞT üzrə tələblər dahada artmaqda idi. Azərbaycan  şirkətlərin benefisiarlarını açıqlanması, gəlirlərin göstərilməsində şəffaflığın təmin edilməsi məsələrindən yayınmağa başladı.     

     2013-cü ilin may ayında keçirilən sammitdə Böyük Səkkizlik ölkələrinin rəhbərləri benefisiar sahiblərin gizlədilməsi probleminə qarşı tədbirlər görəcəklərini bildirmiş, müvafiq qərarlar qəbul etmişlər. O vaxtdan etibarən şirkətlərə və digər hüquqi şəxslərə kimin sahib olması və yararlanması, onların benefisiar sahiblərinin ölkələrin mərkəzi qeydiyyat sistemlərində icbari şəkildə qeydiyyatdan keçmələri istiqamətində qlobal prosess haqqında ölkələr öhtəliklər götürsələrdə, Azərbaycan bu öhdəlikləri yerinə yetirməkdə maraqlı tərəf kimi çıxış etmədi.

   Böyük Səkkizliyin 2013-cü il sammitindən sonra FATF – Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (MTİQ) şəffaflıq və benefisiar sahibliklə bağlı göstərişlərini dərc etmişdir. 2014-cü ildə Böyük İyirmilik ölkələri Brizban sammitində benefisiar sahiblik məlumatlarının toplanması barədə Yüksək Səviyyəli Prinsipləri razılaşdırmışdır. 2015-ci ildə isə Avropa İttifaqı “Çirkli pulların yuyulması ilə bağlı dördüncü direktivi”ni qəbul edir. Daha sonra bu təşəbbüsü MHŞT öz standartlarında sərtləndirsədə Azərbaycan bu sahədə lazımı addımları atmadı.

MHŞT tətbiqini tənzimləyən əsas sənəd olan Standartın tələblərinə əsasən 2017-ci ilin 1 yanvar tarixinə qədər tətbiq edən ölkələr benefisiar sahiblik üzrə çərçivənin yaradılması üçün görülməli olan tədbirləri özündə ehtiva edən Yol Xəritəsi hazırlamalı və dərc etməli idi.
Azərbaycan 2004-cü ildən, 9 mart 2017-ci ilə qədər MHŞT-nin üzvü olmuş və  MHŞT Standartının tələblərinə ilkin dövürdə  əməl etmişdir. MHŞT-nin Azərbaycanda tətbiqini həyata keçirən qurum kimi Çoxtərəfli Qrup 2016-cı ildə Yol Xəritəsini hazırlamaq üçün xarici hüquq şirkəti cəlb etmişdi. Şirkət Azərbaycanın mədən sənayesində benefisiar sahibliyin açıqlanması üzrə qabaqcıl beynəlxalq təcrübəyə və MHŞT-nin tövsiyələrinə əsaslanan, özündə görüləcək tədbirləri və vaxt cədvəlini ehtiva edən Yol Xəritəsini hazırlamışdır.Çoxtərəfli Qrup 20 dekabr 2016-cı il tarixində Yol Xəritəsini
 təsdiqləmiş və dərc etmiş amma praktik olaraq ictimayətin marağında olan ciddi dəyişiklər həyata keşirilməmişdir.
2017-ci ilin 9 mart tarixində MHŞT üzrə beynəlxalq idarə heyətinin qərarına əsasən Azərbaycanın hesabatı reallığı əks etdirmədiyindən və öhdəliklərin icrası yetərincə olmadığımdan MHŞT-də üzvlüyü dayandırılmışdır.Öz növbəsində Azərbaycan hökuməti bu qərarı qərəzli və ədalətsiz hesab edərək, MHŞT-də öz ilkin mandatından uzaqlaşdığı üçün 10 mart 2017-ci ildə MHŞT-i tərk etdiyini elan etmişdir.

Bu hadisədən az sonra, Azərbaycan Respublikası Prezidenti 2017-ci il 5 aprel tarixli 1315 nömrəli “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəklədiyini və beynəlxalq standartların ölkədə tətbiqini davam etdirmək əzmində olduğunu və təşəbüsünü öz standartlarına uyğun davam etdirilməsini bəyan etdi. Fərmana əsasən Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya yaradıldı. Komissiyanın sədri Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov təyin edilmiş, habelə Katiblik funksiyası ARDNF-yə həvalə edilmişdi.

HSŞ Komissiyası öz fəaliyyətində Fərmanda göstərilmiş şəffaflıq üzrə beynəlxalq prinsipləri əsas götürsədə praktik olaraq heç nə dəyişmirdi.  Azərbaycanın MHŞT tərk etməsi ilə Çoxtərəfli Qrupun fəaliyyəti, Memorandum çərçivəsində razılaşmaları, “Benefisiar sahiblik” (BS) məlumatlarının açıqlanması, və Açıq Benefisiar Sahiblik Reyestrinin (ABSR) yaradılması məsələləri  arxa plana keçdi.

Asiya İnkişaf Bankının dəstəyi ilə Benefisiar Sahiblik məlumatlarının açıqlanması layihəsi

Azərbaycanın MHŞT-ni tərk etməsindən dərhal sonra yeni yaradılmış HSŞ Komissiyası Asiya İnkişaf Bankı ilə Azərbaycanın mədən sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması layihəsinin həyata keçirilməsi məqsədilə texniki yardım göstərilməsi üzrə danışıqlara başlayır. Belə ki, danışıqların nəticəsi olaraq HSŞ Komissiyasının sədri və Asiya İnkişaf Bankının missiya rəhbəri 2017-ci ilin 14 sentyabr tarixində “Azərbaycanın mədən sənayesində benefisiar sahiblik məlumatlarını açıqlanmasına dair Yol Xəritəsinin icrasını dəstəkləmək məqsədilə texniki tapşırıq” sənədini imzalayaraq təsdiq etdi.

20 avqust 2018-ci il tarixində BDO Azərbaycan və "Michael Barron Consulting" şirkətləri tərəfindən Azərbaycanda Hasilat Sənayesində Benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsinin tətbiqinə dəstəyi üzrə ilkin hesabat hazırlandı.

Hesabatda benefisiar sahiblik haqqında qeyd olunur: Benefisiar sahiblik nəticə etibarilə bir şirkət və ya ticarət fəaliyyətindən birbaşa və ya dolaylı fayda təmin edən fiziki şəxsə aid edilir. Benefisiar sahibliyin açıqlanmasının vahid qlobal standartı yoxdur. Müxtəlif təfərrüatlı təriflər var və bu layihə Azərbaycan üçün uyğun tərifin tərtib edilməsini əhatə edir. Benefisiar sahibliyin açıqlanması həmçinin maraqlı tərəflərə hasilat sənayesinə kimin investisiya qoyduğunu və siyasi nüfuz sahibləri (SNS) ilə olan əlaqələrini ictimayətə açıqlamağı tövsiyyə edir.

Ümümilikdə BDO Azərbaycan və Michael Barron Consulting şirkətləri tərəfindən 6 hesabatın hazırlanması qeyd olunsada bu günkü günə kimi 5 hesabat dərc edilmişdir. Azərbaycan bu günkü günə kimi Benefisiar sahiblik məlumatlarının açıqlanmasında maraqlı tərəf kimi çıxış etmir. Bu sahədə olan işlər yalnız kağız üzərində qalmaqda davam edir, baxmayaraq ki, BDO Azərbaycan və Michael Barron Consulting şirkəti Azərbaycan üçün  qabaqcıl beynəlxalq təcrübəyə uyğun tövsiyyələr vermişdir. Hesabatlarda benefisiar sahibliyin inkişafı beynəlxalq gündəmdəki bir prioritet kimi təsvir edilir. Hesabatda daha sonra seçilmiş, müqayisə ediləcək ölkə modelləri, beynəlxalq institut və təşəbbüslər tərəfindən inkişaf etdirilən benefisiar sahibliyin açıqlanmasına dair misallar çəkilir. Bu ölkələr, Avstraliya, İndoneziya, Qırğızıstan Respublikası, Monqolustan, Birləşmiş Krallıq (BK), Ukrayna və Zambiyadır. Beynəlxalq institutlara, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (HSŞT), Avropa Birliyi (AB) ,Maliyyə Fəaliyyəti Vəzifə Qrupu (MFVQ) və digərləri daxildir.

Azərbaycana Açıq Benefisiar Sahiblik Reyestrinin (ABSR) yaradılmasında  tövsiyyə olunan  dövlətlərdən ən yaxşı vəziyyətə  BK, Ukrayna və Danimarka  malikdır, amma BS daim inkişaf  edən və dəyişən bir sistendir. Göstərilən dövlətlərdə benefisial məlumatlarin toplanmasında ümüumilikdə: Ad, doğum tarixi, milliyyəti, yaşadığı ölkə,yaşadığı ünvan, xidməti ünvan,benefisiar sahibliyin təbiəti və səsvermə hüququnun dərəcəsi və s. olmaqla göstərilir.  Eyni zamanda BS məlumatlari ölkələr üzrə köüllülük və əsasən icbari olmaqla dəyişir. İcbari BS açıqlanması rejiminin tətbiqi və idarə edilməsi mexanizmləri üçün tələb olunan elementlər aşağıdakılardır: (a) BS reyestrinin saxlanılması üçün mövcud korporativ reyestr kimi arxitektura; (b) açıqlamanın təfərrüatları, ad, ünvan, vətəndaşlıq və digər təfərrüatlar, o cümlədən xüsusilə SNS-lər tərifi altına düşən şəxslər acıqlanması; (c) məlumatın toplanması çərçivəsi; (d) yoxlama (verifikasiya) prosesləri; (e) açıqlama mexanizmləri, o cümlədən BS məlumatının ictimaiyyətə açıq və ödənişsiz olması məsələsi; (f) hesabatların verilməməsi və ya yanlış məlumat verməklə bağlı sanksiyalar; və (g) BS açıqlanmasının qüvvəyə minməsi üçün qanunvericilik prosesi, o cümlədən hüquqi baryerlər.

 Benefisiar Sahibliyin reyestrinin arxitekturası. BS reyestrini tətbiq edən ölkələr onu hüquqi şəxslərin reyestri kimi mövcud platformaya əlavə etmək və ya ayrıca reyestr sistemi yaratmaq seçimi ilə üzləşir. Azərbaycan üçün tövsiyyə olunan hesabatda müqayisə edilən ölkələr arasında hər iki yanaşmanın nümunələri verilib. İndoneziya, Ukrayna, Birləşmiş Krallıq və Zambiya BS reyestrini də ehtiva etməsi üçün mövcud şirkət reyestrlərini genişləndirməyi seçiblər. Bu kimi hallarda hökumət tək hasilat sektorunu deyil, bütün iqtisadiyyatı əhatə edən BS reyestri tətbiq edir.

Benefisiar Sahibliyin Açıqlanması Sistemi üçün Qabaqcıl Beynəlxalq Təcrübənın izah edildiyi kimi benefisiar sahibliyin açıqlanması aşağıdakılar üçün əsasdır: a. vətəndaşlar, dövlət, yerli və beynəlxalq sənaye iştirakçıları, investorlar və kreditorlar üçün hasilat sənayesinə etimadın möhkəmlənməsi; b. benefisiar sahibliyin şəffaflığı üçün, Tamlıq Hüquqi Ekspertizası və Öz Müşrətini Tanı tələblərinə cavab vermək məqsədi ilə, investorların və maliyyə provayderlərinin tələblərinin təmin edilməsi;   c. dövlətlərə asanlıqla əlçatan və etibarlı vergidən yayınmaya, korrupsiyaya, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinə və s. qarşı mübarizə aparmaq üçün zəruri olan məlumatın verilməsi; d. hesabatlılığın artırılması və maraqlı tərəflərə hasilat sənayelərinin gəlirlərinə həqiqətdə kimin nəzarət və/və ya onlardan mənfəət əldə etməsinin yoxlamasına icazə verilməsi; e. açıqlanmamış, əsasən də SNS-lərə aid maraqların toqquşmasının qarşısının alınması;  f. maraqlı tərəflərin milli hasilat sənayesi sahəsində kimlərin sərmayə qoyduğu və nəzarət etdiyi barədə aydın təsəvvürü olmasının təmin edilməsi.

“Siyasi nüfuz sahibi” termini vacib dövlət funksiyalarına malik və ya malik olmuş fiziki şəxs anlamını verir və aşağıdakı şəxsləri, onların ailə üzvlərini və onların yaxın tərəfdaşları kimi tanınan şəxsləri əhatə edir, lakin bununla məhdudlaşmır: (a) ölkə rəhbərləri, hökumət rəhbərləri, nazirlər, nazir müavinləri və ya köməkçiləri; (b) parlament və ya oxşar qanunvericilik orqanlarının üzvləri; (c) siyasi partiyaların idarəedici orqanlarının üzvləri; (d) ali məhkəmələrin, konstitusiya məhkəmələrinin və ya müstəsna hallardan başqa şikayət verilə bilinməyən qərarlar qəbul edən digər yüksək-səviyyəli məhkəmə orqanlarının üzvləri; (e) hesablama palataların və ya mərkəzi bankların idarə orqanlarının üzvləri;  (f) səfirlər, xüsusi işlər üzrə müvəkillər və silahlı qüvvələrin yüksək-rütbəli vəzifəli şəxsləri; (g) dövlət şirkətlərinin inzibati, idarəetmə və müşahidə şuralarının üzvləri; (h) beynəlxalq təşkilatların direktorlar şurasının və ya eyni funksiyalı orqanının direktorları, direktor müavinləri və üzvləri.

    “Ailə üzvləri” aşağıdakı şəxsləri əhatə edir: (a) siyasi nüfuz sahibinin həyat yoldaşı və ya ona bərabər tutulan şəxs; (b) siyasi nüfuz sahibinin uşaqları və nəvələri və onların həyat yoldaşları və ya onlara bərabər tutulan şəxslər; (c) siyasi nüfuz sahibinin valideynləri və ya nənə və babaları; belə əlaqələrin bioloji, ögey və ya digər qaydada olmasından asılı olmayaraq. “yaxın tərəfdaşları kimi tanınan şəxslər” aşağıdakıları bildirir: (a) siyasi nüfuz sahibləri ilə hüquqi şəxslərin və ya hüquqi sövdələşmələrin birgə benefisiar sahibliyə malik və ya hər hansı digər yaxın biznes əlaqəsi olan fiziki şəxslər; (b) siyasi nüfuz sahibinin faktiki gəliri üçün yaradılması məlum olan hüquqi şəxslərin və ya hüquqi sövdələşmələrin yeganə benefisiar sahibliyinə malik fiziki şəxslər.”

Birgə müəssisə olduğu təqdirdə, müəssisə daxilindəki hər qurum öz benefisiar sahib(lər)ini açıqlamalıdır. Azərbaycanda hasilat sənayesində birgə müəssisə kimi qeyd olunan , ARDNŞ bir başa iştirakçısı  və əsas pay sahibi olduğu müəssisələr bunlardır:

--“AzFen” 1996-ci ildə 10 il müddətinə,daha sonra 14 il müddətinə uzadılmış şirkətdə 60%SOCAR,40%Tekfen İnşaat (Türkiyə) paya malikdir. Əsas fəaliyyət növü:ARDNŞ və ABƏŞ ilə əlaqədar neft sənayesi sahəsində hər növ inşaat, təchizat, emal, tədqiqat, nəql, paylama, mühəndislik və layihə idarəçiliyi fəaliyyəti və müxtəlif növ inşaat materiallarının alqı-satqısı.

Müəssisənin məqsədləri ilə əlaqədar olan müxtəlif obyektlərin təmiri, tikintisi və layihələşdirilməsindən ibarətdir.  

--“ AzGerneft MM”1994-cü ildə 25 illiyinə daha sonra 5 il müddətinə uzadılan şirkətdə 40%SOCAR,60%Union Grand Enerji PTE Ltd (Sinqapur Respublikası) paya malikdir. Əsas fəaliyyət növü:Kontrakt sahəsində karbohidrogenlərin kəşfi, işlənməsi və hasilatı ,istifadə edilən materialların nəqli və satışı.

--“AzLab MMC” 1999-cu ildə qeyri müəyyən müddətə yaradılmışdır. 49.9%SOCAR,50.1%“RH” MMC paya malikdir.Əsas fəaliyyət növü: Kernlərin ümumi və xüsusi analizi və saxlanması,Analitik-kimyəvi və geokimyəvi analizlər,Stratiqrafiya, Karbohidrogen fluidlərin analizi. Hüquqi şəxsin arxasında kimlər durduğu məlum deyil.

--"Azeri M İ Drilling Fluids JV" BM , 1996-ci ildə 15 illiyinə daha sonra yenidən 15 illiyinə artırılmışdır. 51%SOCAR,49%Mİ Holdings (Böyük Britaniya)paya malikdirlər. Əsas fəaliyyət növü: Neft sənayesi sahələri üçün APİ standartlarına cavab verən kimyəvi məhsulların: barit, bentonit və buna oxşar digər kimyəvi məhsulların istehsalı, saxlanılması və s. xidmətlərin göstərilməsi.

-- "Bakı Gəmiqayırma Zavodu" MMC, 2010-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 87.47%SOCAR,8.95%Azərbaycan İnvestisiya Şirkəti,3.58%KV Enterprises B.V. paya malikdir. Əsas fəaliyyət növü: Yeni gəmi tikintisi, gəmi təmiri və ümumi dəniz mühəndisliyinin həyata keçirilməsi üçün Bakıda, Xəzərdə analoqu olmayan yeni Tərsanənin tikilməsi.Gəmiqayırma Zavodunun idarə olunması və işlədilməsi.

-- “BosŞelf MMC” 2001-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 50%SOCAR,50%BosŞelf İnternational (BƏƏ)paya malikdir. Əsas fəaliyyət növü: Stasionar dərin dəniz özüllərinin metal konstruksiyalarının hazırlanması.Stasionar dərin dəniz özüllərinin və özullərin yuxarı hissələrinin blok-modullarının metal konstruksiyalarının MMC-nin dənizkənarı quraşdırma meydançalarında böyük həcmdə yığma, quraşdırma və suya salınma, yerinə nəql edilməsi üzrə podrat işləri.Təşkilat və xarici firmaların sifarişi ilə stasionar dərin dəniz özüllərinin dənizdə quraşdırılması, möhkəmləndirilməsi, layihə-konstruktur və digər podrat xidmətlərinin göstərilməsi.

--"Caspian Pipe Coatings" MMC,2006-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 50%SOCAR,45%Azertrans (Azərbaycan),5%Azinvest (Azərbaycan) paya malikdirlər. Əsas fəaliyyət növü:Boruların korroziyaya qarşı daxili və xarici örtüklənməsi.Boruların daxili təmizlənməsi.Boruların betonla örtüklənməsi və anodların quraşdırılması.Yükləmə-boşaltma və logistika işləri.

--"Ekol Mühəndislik Xidmətləri" QSC 2006-ci ildə 15 il müddətinə yaradılmışdır. 51%SOCAR,49%Lənser Servisis S.A.(Panama Respublikası) paya malikdirlər.Əsas fəaliyyət növü: Neft,qaz,neft məhsulları,onların tullantılarının,torpaq və çirkab suların,çənlərin və boru kəmərlərinin neft məhsullarından təmizlənməsi. Ölkə  ərazisində və onun hüdudlarından kənarda ekoloji monitorinqin,bioloji təmizləmə və kimyəvi analiz işlərinin aparılması,ətraf mühitin yaxşılaşdırılması istiqamətində malların təchiz edilməsi,iş və xidmətlərin göstərilməsi.Yeni ekoloji sistemlərin və proqramların işlənib hazırlanması və tətbiqi.

--"Kaspian Geo" MMC 2019-cu ildə qeyri müəyyən müddətə yardılmışdır. 51%SOCAR,49%BGP paya malikdir. Əsas fəaliyyət növü:   Seysmik məlumatların toplanması, onların analizi və s. geoloji işlərin həyata keçirilməsi.

--"Kaspian Drillinq Kompani" MM 1996-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 92.44%SOCAR,7.56%Union Grand Enerji PTE. Ltd. paya malikdir. Əsas fəaliyyət növü:   Üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarət və texniki xidmətlərin göstərilməsi.Dəniz neft-qaz quyularının qazılması və təmiri işlərinin bütün mərhələlərində iştirak edilməsi."İstiqlal" və "Dədə Qorqud" yarımdalma qazma qurğularından istifadə edərək neft və qaz quyularının qazılması və onların təmiri işlərinin həyata keçirilməsi.

--"Kros Kaspian Oyl and Qaz Lojistiks" MMC,2005-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 34%SOCAR,33%Az Trans Reyl (Azərbaycan),33%Qafqaz Trans Servis (Azərbaycan) paya malaikdir. Əsas fəaliyyət növü: Boru kəmərləri və terminallar vasitəsilə neft və qaz əməliyyatlarının aparılması.Neft, qaz və neft məhsullarının alqı-satqısı.Neft və qaz sənayesi üçün boru kəmər daşımaları ilə əlaqəli mal, iş və xidmətlərin göstərilməsi, texniki təcrübə və dəstəyin təqdim edilməsi.

-- "Oyl and Qaz ProServ" MMC 2005-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 29.9%SOCAR,25%Siemens Turbomaşineri İnterneyşnəl Holdinq,45.1%Target Petroleum Azərbaycan Korporeyşn paya malikdir.  Əsas fəaliyyət növü: Neft və qaz sənayesinin avadanlıqlar, işlər və xidmətlərlə təmin edilməsi.Neft və qaz sənayesinin texniki təcrübə və dəstəklə təmin edilməsi.Ən qabaqcıl metodlar tətbiq edilməklə təchiz ediləcək məhsulların diaqnostika məqsədilə baxışının təşkil edilməsi. Xidmətlərin keyfiyyətini və səmərəliliyini yüksəltmək üçün heyyətə təlimin keçilməsi.

--"SARMATİA" MMC 2008-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 25.32%SOCAR,28.79%PERN S.A. (Polşa),28.79%Ukrtransnafta (Ukrayna),16.1%Gürcüstan Neft və Qaz Şirkəti (Gürcüstan)1%AB Klaipedos Nafta (Litva)paya malikdir.  Əsas fəaliyyət növü:  Odessa-Brodı boru kəmərinin uzadılması vasitəsilə Xəzər dənizindən neftin Gürcüstan, Ukrayna, Polşa və Azərbaycandan keçməklə Avropaya çıxarılması məqsədilə yeni dəhlizin çəkilişi layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması (Layihə).Yeni neft və qaz yataqlarının tədqiqatı və işlənməsi.Quruda və suda müxtəlif obyektlərin tikintisi.Boru kəmərinin çəkilişi.

--SOCAR Foster Viler Mühəndislik Xidmətləri 2011-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 35%Foster Viler İtaliana S.R.L65%SOCAR paya malikdir. Əsas fəaliyyət növü:  “SOCAR-Foster Viler Mühəndislik” MMC Neft Emalı, Neft-Kimya və Ətraf Mühit Layihələrində Mühəndislik, Satınalma və Tikintiyə Nəzarət və Layihənin İdarəedilməsi xidmətləri göstərən Birgə Müəssisədir.

--SOCAR Gas Export-İmport MMC, 2009-cu ildə qeyri müəyyən müddətə yaradılmışdır. 16.7%Vvell trading FZE,16.65%Ornon İnternational S.A.16.65%,Semiston Group51%SOCAR paya sahibdirlər.Əsas fəaliyyət növü:Gürcüstana qazın nəqli, satışı və digər xidmətlərin göstərilməsi.

--SOCAR Turkey Enerji A.Ş. 2006-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 87%SOCAR,13%Goldman Sachs paya malikdir. Əsas fəaliyyət növü:Neft və qaz sektorunda istehsal, emal, satış, distryübisiya, sərmayə qoyuluşu, araşdırma, idxal-ixrac işlərinin yerinə yetirilməsi. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə ixrac edilən neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri vasitəsilə ixrac edilən qazın marketinqi.

--"SOCAR-AQŞ" MMC,2008-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 13.38%SOCAR,73.77%Nobel Oil Ltd.12.85%,Abşeron Qazma MMC (Azərbaycan) paya malikdir.Əsas fəaliyyət növü: Neft və qaz sənayesi sahəsində müasir texnika və texnologiyalardan istifadə edərək, neft və qaz quyularının o cümlədən horizontal və xüsusi quyuların qazılması, sementlənməsi, bərkidilməsi, quyuların əsaslı və yeraltı təmiri, quyularda geofiziki tədqiqat və perforasiya işlərinin aparılması.Neft və qaz sənayesi üçün hava, dəniz və avtomobil nəqliyyatı, habelə neft və qaz sənayesinin məqsədləri üçün xüsusi texnika, avadanlıq, vasitələr və obyektlərdən istifadə, onların yenidən qurulmasıvə modernləşdirilməsi vəistehsalat infrastrukturunun yaradılması ilə xidmətlərin təchizatı.Neft və qaz sənayesi üçün idarəçilik sahəsində texniki və digər sahələr üzrə biliklərin təqdim edilməsi, həmçinin müvafiq texnika, avadanlıq və obyektlərin təmiri, onların idarə edilməsi və onlara dair texniki təminat və dəstəyin göstərilməsi.

--"SOCAR-Cape" MMC,2010-cu ildə qeyri müəyyən müddətə yaradılmışdır. 51%SOCAR,49%Cape İndastrial Servisez ltd. paya malikdir.  Əsas fəaliyyət növü: Taxtabənd konstruksiyaların montaj/demontajı və icarəyə verilməsi.Bütün növ izolyasiya işlərinin görülməsi.Boya və qumla cilovlama işlərinin görülməsi.Odadavamlı örtük sistemlərinin suvanması.

--"SOCAR Energy Georgia" MMC,2006-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 75.5%SOCAR,8.17%İntersun Holdinq FZCO,16.33%Eventus paya malikdir.Əsas fəaliyyət növü: Gürcüstanda, Külevidə yerləşən Port və Terminalların əldə olunmasına və inkişafına nail olmaq (Layihə).Neft və neft məhsullarının hasili, emalı və onların satışı, yanacaqdoldurma stansiyalarının qurulması və təşkili.Topdan və pərakəndə satış ticarətinin, sərgilərin, yarmarkaların, auksionların təşkili, mal anbarları və nəqliyyat vasitələri ilə təchizat və idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi.

--"SOCAR-Fuqro" MMC,2014-cu ildə qeyri müəyyən müddətə yaradılmışdır.51%SOCAR,49%Fuqro N.V.(Hollandiya)paya malikdir. Fəaliyyət növü:  Dənizdə mühəndis-geoloji tədqiqat, geokimyəvi və stratiqrafiq axtarış, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi.Laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət.Geofiziki tədqiqatların nəticələrinin emalı və interpretasiyası.

--"SOCAR-Petroleum" QSC,2008-ci ildə 30 il müddətinə yaradılmışdır. 51%SOCAR,49%A.P. İnternational LLC. (ABŞ-ın Rhode İsland ştatı) paya malikdir. Əsas fəaliyyət növü: Karbohidrogenlərin Avropa standartlarının tələblərinə uyğun emalı və texniki tələblərə cavab verən yanacaq növlərinin (markalarının) istehsalı.Neft və qaz məhsullarının qəbulu, daşınması, saxlanılması və satışı. Yanacaq bazası və yanacaq daşıyan yük maşınları parkının təşkili, avtomobillərə texniki xidmətin göstərilməsi, yanacaqdoldurma məntəqələrinin yanında motel, restoran və kiçik marketlərin təşkili.

--“SOCAR-DALĞIC” MMC,2015-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır.51%SOCAR,49%Dalgidj LLC paya malikdir. Əsas fəaliyyət növü: Neft-qaz sektorunda Heyyətsiz Sualtı Aparatlar (HSA), dalğıc və sualtı-texniki sahələrdə xidmətlər, bu sahədə iş və xidmətlərin təqdim olunması, texniki, satınalma, texniki şərt və digər iş həcmlərinin hazırlanması, yerli işçi heyətin təlimləri, bilik və bacarıqlarının inkişaf etdirilməsi, tenderlərdə iştirak və digər analoji fəaliyyətlər.

--“SOCAR-KBR” MMC,2015-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 51%SOCAR,49%KELLOGG BROWN & ROOT SERVICES B.V paya malikdir.Əsas fəaliyyət növü:  Azərbaycan Respublikasında neft-qaz sektorunda kəşfiyyat, hasilat, emal və nəqliyyatla bağlı iş və sınaq xidmətləri, layihə, mühəndislik, texniki, satınalma, tikintiyə nəzarət və layihə idarəetməsi, müqavilələrə nəzarət, yoxlama xidmətləri, təlim, yerli personalın bilik və ekspertizasının inkişafı, layihələrin icra qrafiklərinə nəzarət.

--“SOCAR-Petrofac” MMC,2017-ci ildə qeyri-müəyyən müddətə   yaradılmışdır.51%SOCAR,49%Petrofac Facilities Management Limited paya malikdir.

Əsas fəaliyyət növü:  Birgə müəssisəsinin yaradılmasında əsas məqsəd, İngiltərənin Petrofac şirkətinin iştirak etdiyi təlim xidmətləri tenderlərində yerli təlim vasitələrinə olan tələbatın ödənilməsidir.

--"SOCAR-STP" MMC,2020-ci ildə qeyri-müəyyən müddətə yaradılmışdır. 50%SOCAR,50%Sumqayıt Texnologiyalar Parkı (STP)paya malikdir.Əsas fəaliyyət növü:  MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə etmək və qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir.

-- “SOCAR UNİPER” MMC,2016-ci ildə qeyri-müəyyən müddətə yaradılmışdır. 51%SOCAR,49%Uniper Global Commodities SE paya malikdir. Əsas fəaliyyət növü: Enerji və əlaqədar sektorlarda səmərəliliyin optimallaşdırılması, eləcə də investisiyaların təmin edilməsi məqsədilə enerji layihələrini və digər əlaqədar layihələri müəyyən etmək, hazırlamaq və həyata keçirmək, və bu cür fəaliyyətlərin maliyyələşdirilməsi, idarə edilməsi və həyata keçirilməsi üçün müvafiq struktur müəyyən etmək.Azərbaycanda və qonşu regionlarda enerji stansiyalarının idarə edilməsi, istismar edilməsi, optimallaşdırılması və saxlanılması üçün müvafiq xidmət və işlər təmin etmək.Yerli kadrların bilik və təcrübələrini artırmaq.

--"İnterfaks-Azərbaycan" MMC 2002-ci ildə qeyri müəyyən müddətə yaradılmışdır. 49%SOCAR,51%İnterfaks (Rusiya Federasiyası)paya malikdir. Əsas fəaliyyət növü: Məsləhət, agentlik, marketinq və digər xidmətlərin göstərilməsi.Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, xarici-iqtisadi fəaliyyətin həyata keçirilməsi.

--"Atəşgah" Sığorta Şirkəti QSC. 1996-ci ildən qeyri müəyyən müddətə yaradılan bu şirkətdə 10%SOCAR,63%İSR Holdinq,27%Ran Eksim (Türkiyə), payı malikdir.Əsas fəaliyyət növü: Fiziki və hüquqi şəxslərin mülkiyyət, kommersiya maraqlarının, onların həyat və sağlamlıqlarının sığorta edilməsi və digər xidmətlər göstərilməsi.

Bu müəssisələrdə SOCAR-dan başqa digər paya malik hüquqi şəxslərin kimliyi və onların benefisiarlarının ictimayətə açıqlanmamış qalır.   

   Tövsiyyələrdə  SNS-lərin açıqlanması rejimi üçün minimum  hədd 5%, və ya  0-20% arası hədd müəyyən etmək, SNS-lərə daha ağır öhdəliklər tətbiq etməmək, onların inzibati qərarlara təsir edə biləcək bir vəzifədə ola biləcəyi və sahibliyin aşkarlanması üçün dövlət institutları üzərində dağıdıcı təsir qoya biləcəyi faktını göz ardı etməkdir. İcbari hesabatın tələb olunduğu hədd aktiv maraqların toqquşması yarana biləcək hədd ilə müəyyən edilməlidir. Həddi 5%-dən çox təyin edilməsi nümunəvi beynəlxalq təcrübə ilə uyğun deyil və Azərbaycanı tənqidə açıq edir.

   Neft və qaz yataqlarının işlənməsindədə  vəziyyət heçdə ürək açan deyil. Bahar Enerji Əməliyyat Şirkəti (“Bahar” və “Qum dəniz”) – operator Bahar Energy Limited Bahar Energy Ltd. “Bahar” və “Qum adası” yataqları üzrə pay bölgüsü (HPB) müqaviləsini 2009-cu il dekabrın 22-də imzalayıb. ARDNŞ-ın müqavilədə payı 20%, Bahar Energy Ltd.-nin isə 80%-dir. Müqavilə 2010-cu il, aprelin 27-də Milli Məclisdə təsdiqlənib. Sənəd 25 illiyə imzalanıb, 5 il də uzadıla bilər. İnvestisiya proqramı ilkin olaraq 1 milyard dollar dəyərindədir. Kontrakt ərazisində qaz ehtiyatları 25 milyard kubmetr həcmindədir. İnvestisiyanın hamısını Bahar Energy yatırıb.

“Azneft” İstehsalat Birliyinin “Qum adası” Neft və Qazçıxarma İdarəsi 01 oktyabr 2010-cu il tarixdən ləğv edilib və bu müəssisə yeni mülkiyyətçi kimi “Bahar Enerji” Əməliyyat Şirkətinin idarəçiliyinə verilib. Bu şirkət azad iqtisadi zona olan Dubayda – Cəbəl Əli (Birləşmiş Ərəb Əmirlikləri) qeydə alınmışdır. Bahar Energy Ltd şirkəti eyni zamanda müqavilənin idarə olunması üzrə operatordur. Layihənin xarici iştirakçısı eyni zamanda Azərbaycan tərəfinə  laiyhənin təsdiq edilməsindən sonra $2 mln, yataqda işlərə başlayarkən $1mln, hasilatın 2008-ci il səviyyəsinə görə 1,5 dəfə artırılmasına görə isə $2 mln. bonus ödəməyi öhdəsinə götürmüşdü.

     Global Witness Beynəlxalq araşdırma təşkilatının açıqlamalarında Bahar Energy Ltd , 12 il ARDNŞ rəhbəri olan Rövnəq Abdullayevin qaynatası və eyni zamanda dayısı olan Adəm Əliyev adına rəsimləşdirilməsi qeyd edilir. Bahar Energy Limited xarici şirkət olaraq ilk dəfə 80% paya malikdir.Hesabatda adı çəkilən Anar Əliyev və ARDNŞ rəhbərinin digər qohumlarıda vardır ki, buda bir başa SNS tərifinin altına düşür.

Benefisiar sahibin açıqlanması rejiminin tətbiq edilməsinə üçün dəyişdirilməli olan Azərbaycan qanunvericiliyi.

<p class="MsoNormal" style="margin-bottom: .0001pt; line-he

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ