SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.
12-10-2020, 08:36 7395 dəfə baxılıb

Mədən hasilatında yerli əhalinin iştirakçılığı əvvəlki və hazırkı dövr.

Azərbaycanda hasilat sənayesi qədim tarıxə malikdir. XVIII əsrin sonu XIX əsrin əvvəlinə təsadüf edən məlumatlarda görürük ki, yerli əhalinin neft hasilatında sahibkarlığına ciddi maneələr yox idi. Həmin dövürdə neft hasilatı ilə məşqul olan sahibkar qazançının müəyyən qismini xanlığın büdcəsinə verirdi.

    Azərbaycan Çar Rusiyası tərəfindən işğal edildikdən sonra neft quyuları Rusiyası imperiyasının dövlət mülkiyyətinə keçdi. Rəsmi olaraq iltizam sistemi (otkup üsulu) tətbiq edildi. Bu sistemə uyğun olaraq, neft quyuları dövlət tərəfindən otkupa verilirdi və ya birbaşa dövlətə tabe olurdu. Neft quyularının 1806-cı ilin sonundan 1824-cü ilə qədər, 18 il ərzində birinci əsas otkup sahibi quberniya katibi M.M.Tarumov, daha sonra 1872-ci il otkup sistemi ləğv edilməsinə qədər  İ.M.Mirzoyev (Həmin dövr Bakıdakı erməni icmasının rəhbəri) oldu. Çar hökuməti, otkup sahiblərinin hərəkətlərini nəzarət altında saxlamaqla, onların inhisar hüquqları və maraqlarını qoruyurdu və bu zaman otkup sahiblərindən başqa digər şəxslərə neftin satışı ilə məşğul olmaq qadağan edilirdi.

   1872-ci ildə iltizam sistemi ləğv edildi, neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul olundu: “Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında” və “İcarədarların əlində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması”.

    Hələ  31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında, Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulmuşdu.  Neftlə zəngin torpaqlar qruplara bölünərək müzaidə – torq şəklində ayrı –ayrı kapital sahiblərinə uzun müddətli icarəyə verilirdi. İlk dəfə satışa çıxarılan neftlə zəngin torpaqlar böyük kapital qoyuluşu tələb etdiyi üçün bu sahələr daha çox rus və xarici kapitalistlərin əlinə keçirdi. Əgər 1870-ci ilərin əvvəllərində Bakının neftlə zəngin torpaqlarında 12 şirkət fəalliyyət göstərirdisə, əsrin sonunda onların sayı 140-a çatır.

   İlk dövrlərdə, neft sahəsinə kapital qoyan azərbaycanlı yalnız Hacı Zeynəlabdin Tağıyev idisə, əsrin sonrakı illərində bu siyahıya Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqaları da daxil oldu. 1879-cu ildə İsveç təbəəsi olan Nobel qardaşları eyni adlı şirkətin əsasını qoydular. 1880-ci illərdə Rotşildin və 1890-cı illərdə Vişaunun timsalında fransız və ingilis kapitalı Bakıya nüfuz edir. Göründüyü kimi həmin dövürdə fiziki və hüquqi şəxslərin təbii sərvətlərdən yararlanması istifadəçisi və icarədarı olması sərbəstləşdirilmişdi.

   1894-cü ildə H.Z.Tağıyev Gəncə qəzasında “Naftalan” neft sənayesi və ticarət şirkəti təsis edir. O, Azərbaycanda başqa sənaye sahələrinə kapital qoymaq üçün öz neft mədənlərini müəssisələri ilə birlikdə 5 milyon manata ingilis kapitalistlərinə satır. Həm də eyni zamanda, bu müəssisələr əsasında formalaşan “Oleum” şirkətinin 1 milyon manatlıq səhmini də öz əlində saxlamaqla cəmiyyətin işraçı direktorlarından biri olur.

   I neft bunu Azərbaycanda milli burjuaziyanı  formalaşdırır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilirdi. Xarici şirkətlərin neft hasilatına sərmayə qoyması ilə ölkədə ümumi iqtisadiyyat canlanmağa başlayır.

    Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev,Səmsi Əsədullayev, Mirzə Əsədullayev, Ağabala Quliyev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilərək, xalqın, millətin rifahı üçün böyük işlər görürdülər. Bu şıxslərin həmin dövürdə yaratdıqları şirkətlərin benefisiarları kimi çıxış edirdilər.

 

 1920-ci ildə baş verən sosialit inqilabindan as sonra mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirildi, mili burjaziyanın əlində cəmləşmiş neft sahaləri dövlətin nəzarətinə alındı. Neft sənayesində milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi. Neft sənayesinin milliləşdirilməsi adı altında yerli sahibkarların mülkləri bolşevik  hakimiyyəti tərəfindən müsadirə olunurdu.

   Sosialit inqilabına qədər, əgər neft sahəsini hərracda almış fiziki səxs və ya şəxslər  bu sahənin benefisiarı kimi  hasil olunan məhsulun satışından mənfəət əldə edirdilərsə, inqilabdan sonra bu imkanlardan məhrum oldular. Həmin dövürdə Azərbaycan fəhləsinin əzablı və gərgin əməyi sayəsində əldə olunan milyonlarla  ton xam neft təmənnasız Rusiya SFSR -inə göndərdərilməsinə, Rusiyanın iqtisadiyyatının dirçəlməsinə, müdafiəsinin təmin edilməsinə əsaslı zəmin yaratdıqlarına görə  “Qırmızı Əmək Bayrağı” ordeni  təltif edilməsi qərarı verilmişdi. Beləliklə 1920-ci il işqalından sonra Azərbaycanda təbii ehtiyayyatların hasilatı dövlət inhisarına alındı,bu sahədə yerli və xarici şirkətlərin fəaliyyəti dayandırıldı.  

    SSRİ tərkibində Azərbaycan öz sərvətlərinin sahibi olmadan çoxda yüksək və dayanıqlı olmayan iqtisadi inkişafa qədəm qoydu. 1988-ci il statistakasına görə Azərbaycan SSR-nın büdcəsinin 88%-i  qeyri neft sektorundan gələn gəlirlər hesabına formalaşırdı. Neft hasilatından gələn gəlirlər yerli büdcədə 12% təşkil etsədə, bu yalnız neftin yerli büdcədəki payı idi. Azərbaycan nefti SSRİ üçün starteji məhsul həmdə ümumi ittifaq büdcəsinin əsas valyuta təminatçısı idi.

    1991-ci ildə Azərbaycanın müstəqil olması ilə ölkə sərvətləri üzrərində müstəqil qərar qəbul etmək hüququ qazandı. Lakin Azərbaycan bu sahədə də qərbin təcrübəsini tətbiq edə bimədi, əksinə sovet dövründəki yanaşma davam edirildi. Beləki bu sahədə dövləti təmsil edən ARDNŞ (SOCAR) hasilat sənayesində dövlət adından çıxış etdi. Hasılat  sənayesində özəlləşmə, yerli şirkətlərin yaranması, əhalinin bu sahədə fəaliyyət göstərən şirkətlərin səhimdarlarına çevrilməsi, müəyyən olunmuş həddi keçən səhimdarların isə qərarların qəbulunda səs hüquqlu benefisiara çevrilməsi prossesi həyata keçirilmədi. Əksinə neft müqavilələrindən gələn gəlirlər nəticəsində siyasi nifuz sahibləri (SNS) tərifi altına düşən vəzifəli şəxslər bu sahədən küllü miqdarda qanunsuz qazanc əldə edirlər.  

    “Siyasi nüfuz sahibi” termini vacib dövlət funksiyalarına malik və ya malik olmuş fiziki şəxs anlamını verir və aşağıdakı şəxsləri, onların ailə üzvlərini və onların yaxın tərəfdaşları kimi tanınan şəxsləri əhatə edir, lakin bununla məhdudlaşmır: (a) ölkə rəhbərləri, hökumət rəhbərləri, nazirlər, nazir müavinləri və ya köməkçiləri; (b) parlament və ya oxşar qanunvericilik orqanlarının üzvləri; (c) siyasi partiyaların idarəedici orqanlarının üzvləri; (d) ali məhkəmələrin, konstitusiya məhkəmələrinin və ya müstəsna hallardan başqa şikayət verilə bilinməyən qərarlar qəbul edən digər yüksək-səviyyəli məhkəmə orqanlarının üzvləri; (e) hesablama palataların və ya mərkəzi bankların idarə orqanlarının üzvləri;  (f) səfirlər, xüsusi işlər üzrə müvəkillər və silahlı qüvvələrin yüksək-rütbəli vəzifəli şəxsləri; (g) dövlət şirkətlərinin inzibati, idarəetmə və müşahidə şuralarının üzvləri; (h) beynəlxalq təşkilatların direktorlar şurasının və ya eyni funksiyalı orqanının direktorları, direktor müavinləri və üzvləri. (A) bəndindən (h) bəndinə kimi qeyd edilən heç bir dövlət funksiyası, orta-təbəqəli və ya daha kiçik vəzifəli şəxsləri əhatə etməsi kimi qəbul edilə bilməz.

    “Ailə üzvləri” aşağıdakı şəxsləri əhatə edir: (a) siyasi nüfuz sahibinin həyat yoldaşı və ya ona bərabər tutulan şəxs; (b) siyasi nüfuz sahibinin uşaqları və nəvələri və onların həyat yoldaşları və ya onlara bərabər tutulan şəxslər; (c) siyasi nüfuz sahibinin valideynləri və ya nənə və babaları; belə əlaqələrin bioloji, ögey və ya digər qaydada olmasından asılı olmayaraq. “yaxın tərəfdaşları kimi tanınan şəxslər” aşağıdakıları bildirir: (a) siyasi nüfuz sahibləri ilə hüquqi şəxslərin və ya hüquqi sövdələşmələrin birgə benefisiar sahibliyə malik və ya hər hansı digər yaxın biznes əlaqəsi olan fiziki şəxslər; (b) siyasi nüfuz sahibinin faktiki gəliri üçün yaradılması məlum olan hüquqi şəxslərin və ya hüquqi sövdələşmələrin yeganə benefisiar sahibliyinə malik fiziki şəxslər.”

    SNS-i tərifi altına düşən şəxslər  SOCAR-la birgə müəssisələr yaradır və ya afşorlarda qeydiyyatdan keçirdikləri şirkətlərlə hasilat sənayesində əhəmiyyətli yataqlar üzrə hasilat və satış müqavilələrini əldə etdiblər. Baxmayaraq ki,MHŞT-ləri, AB-nin Çirkli Pulların Yuyulmasına Qarşı IV və V Direktivləri, BMT-inin çağırışları, Azərbaycanın MHŞT-i tərk edənə kimi götürdükləri öhdəliklər,hasilat sənayesində şəffaflıq, sirkətlərin benefisiarların açıqlanması SNS-lərinin bu sahədə fəaliyyətinin beynəlxalq tərifə uyğun  həyata keçirilməsini diqtə edir. Bu günə kimi sadə xalq bu sahədə nələr baş verdiyindən çox az məlumatlıdır. Neft-qaz, qızıl və digər hasilat sahələri üzrə əsas şirkətlər dövlət şirkətləri olduğundan sərvətlərinin hasilatı, satışı və bu sərvətlərdən gələn gəlirlərin idarə olunmasında hüquqi şəxs rolunda dövlət şirkətləri çıxış edirlər. Sovet İttifaqının suqutundan sonra, MDB ölkələrində hasilat sənayesinə malik olan Rusiyada bu sahədə özəl şirkətlər yarandı, əhali bu şirkətlərin səhimlərini almaqla benefisiara çevrilmək hüququ əldə etdilər. Lakin Azərbaycan bu prossesi hələdə başlamayıb.

 

Əhalinin hasilat sənayesində iştirakı və ya  imitasiya

     SOCAR istiqrazlaının buraxılması əsas ehtibari ilə SOCAR-ın əhalidən maliyyə cəlb edilməsinə yönlənən fəaliyyətdir.  Bu sahədə SOCAR-ın istiqrazlarının buraxılması fiziki şəxslərə gəlir gətirsədə heçdə beynəlxaq benefisial praktikaya uyğun deyil və fiziki şəxslərin hasilat sirkətinin benefisiarına çevrilmısinə xidmət etmir.

   “SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, 2016-ci ilin sentyabr ayında dövriyyəyə buraxılan SOCAR İstiqrazları nominal qiyməti $1000, tədavül müddəti 5 il,illik gəlirliliyi 5%olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR istiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülür.

İstiqraz anlayışı.

İstiqraz müəyyən müddətə geri ödənilmək şərtilə alınan və sahibinə nominal dəyərin müəyyən faiz nisbətində gəlir götürmək hüququ verən borc qiymətli kağızdır. İstiqrazlar əsasən faizli və faizsiz (diskontlu) olmaqla dövlət və korporativ istiqrazlara bölünür.

Dövlət İstiqrazları dövlət tərəfindən buraxılan və dövlət zəmanəti ilə təmin olunan borc qiymətli kağızlardır. Dövlət istiqrazları dövlətin əsas borclanma mexanizmlərindən biri olub əsasən büdcə defisitinin bağlanması məqsədilə buraxılır. Dövlət istiqrazlarına Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən buraxılan faizli və faizsiz qısamüddətli, bir illik və orta müddətli istiqrazlar aiddir.

Korporativ istiqrazlar banklar və digər şirkətlər tərəfindən biznesin inkişafı, cari əməliyyatların maliyyələşdirilməsi üçün buraxılan borc qiymətli kağızlardır. Korporativ istiqrazlar əsasən kuponlu olmaqla, investorlara müəyyən olunmuş müddətlərdə sabit faiz gəliri  və müddətin sonunda isə əsas məbləği ödəyir.

    Bu təriflərin nəticəsi olaraq bu qənaət gəlmək olur ki, SOCAR dövlət şirkətidir və SOCAR istiqrazları dövlət zəmanətindədir. Həmin dövürdə SOCAR ciddi borclanma böhranı ilə üzləşmişdi və SOACR-ın mənbəyi bəlli olmayanxarici borclarını Mərkəzi və Beynəlxalq bank ödəməklə məşqul idi.https://www.youtube.com/watch?v=mAX_HeYPQAo  Bu məqsədlə SOCAR istiqraz buraxaraq müəyyən məbləqdə vəsait cəlb edə bildi.  

İstiqrazlar buraxılmış müddətinə görə, sahiblik qaydalarına görə, istiqrazların məqsədindən asılı olaraq, nominal ödəmə metoduna görə, talonlu gəlirin ödənilməsinə görə təsnifləşdirilir.

İstiqrazların növləri:

  • Sabit dərəcəli istiqrazın kuponu dəyişməz qalır;
  • Üzən dərəcəli istiqrazın kuponu müəyyən faizin dəyişiminə uyğunlaşdırılır;
  • Konvertasiya oluna bilən isteqrazlar investora, istiqrazı şirkətin səhmlərinə dəyişmək imkanı verir.                                                                               
  • İnflyasiyaya bağlı istiqrazlar kupon ödənişi  və nominal dəyəri  inflyasiyaya görə dəyişə biləcək istiqrazlardı.
  • Diskontlu qiyməti nominal dəyərindən aşağı olan kuponsuz istiqrazdır.

Göründüyü  kimi SOCAR istigrazları konvertasiya oluna bilməyən isteqrazlardır. SOCAR istigrazların bu funksiyası hələki elan edilmədiyi ,bu şərt təmin olunmadığı üçün istiqraz sahibləri SOCAR-ın səhmdarına və ya benefisiarına çevrilmısi prosessini özündə etiva etmir.

Ümümilikdə hasilat sənayesində şəffaflıq təmin edilmədikdə vətəndaşlar hətta bu sahələrdə fəaliyyət göstərib səhmlərini  hərraca  çıxaran şirkətlərin səhimlərini dövlət təminatı olmadan əldə etməkdə tərəddüd edəcəkdir. 

 

Cəmil Hacıyev.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ