SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

“AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

“AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.
9-10-2020, 14:29 8004 dəfə baxılıb

 

“Azərbaycan Hava Yolları” Azərbaycan Respublikasının milli aviaşirkəti olamaqla,  inhisarçı mövqeyə malik  Qapalı Səhimdar Cəmiyyətidir.  O, beynəlxalq aviadaşıyıcı kimi 1991-ci ildə yaradılmışdır. Bu dövrə qədər “AZAL” Aeroflotun (SSRİ) kimi ildə 1.5 milyon sərnişin daşıyan daha səmərəli fəaliyyət göstərirdi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş strukturundan AZAL-ın bu sahədə üstün mövqeyi görünür. Qərara əsasən AZAL-ın tabeliyində:  “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkəti, “BUTA AIRWAYS” Sərnişin Aviaşirkəti, “Azalaqro” Yevlax Aviasiya Şirkəti, Milli Aviasiya Akademiyası, Heydər Əliyev Beynəlxalq Aeroportu ,“Gəncə” Beynəlxalq Hava Limanı, “Naxçıvan” Beynəlxalq Hava Limanı, “Lənkəran” Beynəlxalq Hava Limanı, “Zaqatala” Beynəlxalq Hava Limanı, “Qəbələ” Beynəlxalq Hava Limanı, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, Aviasiya Təhlükəsizlik Baş İdarəsi, “AzalOil” Yanacaq-Sürtgü Materialları İdarəsi,bundan əlavə xarici  ölkələr üzrə 54 satış ofisləri və filiallara  malikdir.  Korparativ idarəçilik və içtimai şuraya malik deyildir. Dövlət tərəfindən maliyyələşən qurum olaraq səhimləri dövlətə məxsusdur.

Azərbaycan Hava Yolları QSC-i  20 aeroporta malikdir ki, bunlardan Ağstafa, Yevlax, Quba, Şəki, tam istifadəsiz olaraq zay edilməkdədir . Xocalı aeroportunu hələ Azərbaycan inzibati idarəçiliyinə qaytara bilmir. Təəssüflə qeyd edirik ki, BMT  tərəfindən  Azərbaycanın ərzisi kimi tanınan Dağlıq Qarabağ və Xankəndi aeroportu haqqında hətta Azərbaycan hava yollarının  wikipediya səhifəsində  məlumata rast gəlinmir.  Digər 7 aeroport hərbi əhəmiyyətlidir. Bakı, Naxçıvan, Gəncə aeroportları mutəmadi olaraq, Lənkaran aeroportu isə qismən istifadə olunur.  Balakən aeroportu əsas ehtibari iə təlim xaraketlidir.Zaqatala təyyarə vağzalı kompleksinin və uçuş enmə zolağının  yenidən qurulması 2008-ci ildə başa çatmışdır və bundan sonra 2009-cu ildə hava limanına beynəlxalq status verilmişdir. Zaqatala aeroportunun yenidən qurulması üzrə işlərin dəyəri 27,5 mln. dollar təşkil edib.  (https://az.wikipedia.org/wiki/Zaqatala_Beyn%C9%99lxalq_Hava_Liman%C4%B1)

Qəbələ Beynəlxalq Aeroportu -  beynəlxalq standartlara cavab verən  aeroportdur. 17 noyabr 2011-ci ildə istifadəyə verilmişdir. Həmin ildə Qəbələ Hava Limanına beynəlxalq status verilmişdir. Hava limanının ilk beynəlxalq aviareysi 2012-ci ilin noyabr ayından etibarən yerinə yetirilməyə başlanmışdır. İlk beynəlxalq aviareys  Rusiyanın Uralskiye Avialin şirkəti Moskva-Qəbələ marşrutu üzrə yerinə yetirilib.Daha sonra Türkiyənin Pegasus avia şirkəti bu hava limanından Azərbaycanda hava nəqliyyatı ilə şərnişin daşımada ən aşağı büdcəli reyslər həyata keçirməyə başlasada tezliklə bu reyslər dayandırıldı, Pegasus avia şirkəti isə Azərbaycanı tərk etdi.

 “Azərbaycan Hava Yolları” QSC-nın rəsmi məlumatında, cəmiyyət parkındakı 2 Boeing 757-200 tipli, sərnişin tutumu 180 nəfər, 4 Airbus A-319 tipli təyyarə, sərnişin tutumu 122 nəfər, 6 Airbus A-320 tipli təyyarə, sərnişin tutumu maksimum 174 nəfər, 2 Boeing 767-300 tipli təyyarə, sərnişin tutumu 198 nəfər, 2 Airbus A340-500 tipli təyyarə, sərnişin tutumu 237 nəfər, 2 Boeing 787-8 Dreamliner tipli təyyarə, sərnişin tutumu 210 nəfər olmaqla, 18 ən müasir təyyarələrlə reysləri həyata keçirildiyi bildirilir. Amma təyyarələrin idxal qiymətləri və hansı mənbə hesabına əldə olunmamları haqqında məlumatlara rast gəlinmir.

 Müxtəlif illərdə “Azərbaycan Hava Yolları” QSC –nə təyyarə parkənı yeniləməkdən ötəri , Nazirlər Kabinetinin 27 may 2011-ci il tarixli Sərəncamına  əsasən, “Boeing” Şirkəti ilə QSC-i arasında “Boeing - 767 300ER” sərnişin təyyarəsinin alınmasına dair 2008-ci il 4 avqust tarixli 3374 nömrəli müqavilə üzrə 57 800 000 manat, Nazirlər Kabinetinin 24 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 6 635 000 manat, Nazirlər Kabinetinin 12 iyun 2012-ci il tarixli Sərəncamına əsasən,  165 000 000 manat məbləğində uzunmüddətli, məqsədli kreditin və ona hesablanacaq faizlərin ödənilməsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankına dövlət zəmanəti verilmişdir.

Eyni zamanda,Nazirlər Kabinetinin 22 oktyabr  2012-ci il tarixli Sərəncamına əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Embraer” şirkəti arasında “Embraer-190 AR” tipli 4 ədəd təyyarənin alınmasına dair 2012-ci il 25 sentyabr tarixli 550-QSC nömrəli, “AJW Capital Partners Limited” şirkəti arasında biri xüsusi quruluşlu olmaqla, “Airbus A-340-500” tipli 3 ədəd təyyarənin alınmasına dair 2012-ci il 15 oktyabr tarixli 582-QSC nömrəli, “Agusta Westland S.p.A” şirkəti arasında “AW139” tipli 6 ədəd vertolyotun alınmasına dair 2012-ci il 17 oktyabr tarixli 589-QSC nömrəli, “ECC Lesing Conpany Limited” şirkəti arasında “Embraer-170-100 LR” tipli 2 ədəd təyyarənin alınmasına dair 2012-ci il 17 oktyabr tarixli 590-QSC və 591-QSC nömrəli müqavilələr üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə agent bank vasitəsilə konvertasiya və bütün bank yığımları nəzərə alınmaqla ayrılan 655 000 000 ABŞ dolları məbləğində uzunmüddətli məqsədli kreditin və ona hesablanacaq faizlərin ödənilməsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankına dövlət zəmanəti vermişdir. Ölkə baçısı keçirdiyi müşavirələrdə AZAL QSC-nin ziyanla işləməsi və büdcə vəsaitinin geriyə qaytarılmaması haqqında dəfələrlə bildirmişdir.

Hesablama  Palatası  tərəfindən  aparılmış  nəzarət  tədbiri  nəticəsində  müəyyən  edilmişdir ki, dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitləri hesabına  yerinə yetirilmiş öhdəliklər üzrə ödənilmiş məbləğlərin Fonda bərpa edilməsi üzrə Maliyyə  Nazirliyi  ilə  əsas  borcalanlar  arasında  bağlanmış  müqavilələr  üzrə  ödəniş  qrafiklərinə  əsasən vaxtı çatmış, lakin ödənilməmiş məbləğlər 01.01.2018-ci il tarixə qüvvədə olan 19  müqavilə  üzrə  27686,6  min  ABŞ  dolları,  157,5  min  Avro    159310,4  min  manat,  01.07.2018-ci il tarixə qüvvədə olan 30 müqavilə üzrə  46338,5 min ABŞ dolları, 5188,2  min Avro və 261046,8 min manat təşkil etmişdir. http://sai.gov.az/upload/files/ICRA-2018-FINAL(1).pdf

Buna baxmayaraq, AZAL öz təyyarə parkını zənginləşdirməkdə davam edir. Belə ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC yaxın vaxtlarda B777-200 (LR) təyyarəsini Bakıya gətirəcək. VIP hökumət nəqliyyatı üçün dizayn edilən təyyarədən Boing şirkəti indiyə qədər 59 ədəd istehsal edib. http://airsoc.com/articles/view/id/5dde6581c4263c50418b4567/azerbaijan-s-azal-to-add-first-vip-configured-b777-200-lr?fbclid=IwAR31CPIP6t4ioc29n4AU3oOQETLRK0Axmm6_Ys-wH5LmY9H1Fg1Hm6BX5TY 

Həmin təyyarənin qiyməti 291,2 milyon ABŞ dolları təşkil edir. https://www.aircraftcompare.com/aircraft/boeing-777-200lr/

 Dövlət Statistika Komitəsinin hesabatından məlum olur ki, 2018-ci ili hava nəqliyyatında sərnişindaşıma zərərlə başa vurub.

AZAL QSC-i dövlət şirkəti olmasına baxmayaraq, yerli informasiya mənbələrində öz hesabatlarını açıqlamır. Halbuki “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 5.3-cü bəndinə əsasən, şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı qanunla müəyyən edilmiş qaydada dərc etdirməyə borcludur.

Bundan əlavə, “Mühasibat uçotu haqqında” qanunun və Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 saylı və 1 oktyabr 2014-cü il tarixli 321 saylı qərarlarına əsasən AZAL həm ictimai əhəmiyyətli, həm də dövlət zənaməti ilə kredit alan qurum kimi növbəti ilin aprel ayının sonunadək audit hesabatı ilə birlikdə öz internet səhifəsində dərc etməlidir. Ancaq qurum hələ də hesabatlarını ictimaiyyətə açıqlamır.

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin hesabatlarını ictimailəşdirməkdən yayınması, maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə 2018-ci ilin yanvar ayında açıqlanmış hesabatında da öz əksini tapıb.

Hava yolları bazarında əsas oyunçulardan biri  Silk Way Airlines  aviaşirktidir.

"Silk Way" Aviaşirkəti 9 oktyabr 2001-ci ildə Azərbaycan Respublikasının Mülki Aviasiyası tərəfindən yaradılmışdır.

 "Silk Way" Aviaşirkəti Azərbaycanda əsas aviadaşiyıcılardandır və Azərbaycan Respublikası tərəfindən təsdiq olunub. Aviaşirkət “İlyuşin İL-76” (hal-hazırda 7 ədəd İL-76) və “Antonov AN-12” (hal-hazırda 3 ədəd AN-12 ) yükdaşıyan təyyarələrlə bütün dünyada çarter proqramlarına xidmət göstərir. 2007-ci il may ayının 7-dən başlayaraq "Silk Way" Aviaşirkəti V.P.Çkalov adına Daşkənt Təyyarə İstehsalı Korporasiyasında (Özbəkistan) hazırlanmış, mühərriki İL-90A-76 olan yeni İL-76TD-90 təyyarəsindən istifadə edir. Və bununla yanaşı bir neçə Boeing 747 tipli təyyərələri də fəaliyyət göstərir. "Silk Way" Aviaşirkəti  hava nəqliyyatında əsas yük daşıyan təyyarə parkının daim yeniləşdirilməsi istiqamətində mühüm işlər görür və bununla əlaqədar olaraq, bir neçə ay ərzində PS-90A-76 mühərriki ilə təchiz edilmiş daha bir İL-76TD-90 təyyarəsinin alınması nəzərdə tutulur. 2002-ci ilin sonunda "Silk Way" Aviaşirkəti Əfqanıstana humanitar yüklərin daşınması ilə əlaqədar illik (NATO, İSAF və Almaniya Müdafiə Nazirliyi) tenderin qalibi olub. “Silk Way” həmçinin Kanada Milli Müdafiə Nazirliyi və Fransa Ordusu ilə uzun müddətli proqramlar çərçivəsində əməkdaşlıq edir. Aviaşirkət neft avadanlığı, tikinti materialları, ağır sənaye avadanlığı və maşınları, dəniz və 20 futluq konteynerlər, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, humanitar yardım, təhlükəli yüklərin (İATA - Təhlükəli Yüklərin Daşınması) daşınmasında fəaliyyət göstərir.Silkway Holdinq" şirkətin tərkibinə daxil olan  "Business aviation"şirkətinin  5 ədəd "Qolfstrim" tipli kiçik tutumlu; 2 ədəd iri tutumlu, orta məsafəyə uçan, geniş salonlu, VİP nümayəndələr üçün Boeing-727-200 və yaxın məsafəyə uçan, VİP salonlu ATR-42-500 təyyarələri mövcuddur.

   2008 –ci ildə AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilərkən Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus Zabarat  Hava limanı özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib. Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu  İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir. Vertalyotların qəbulunu təşkil etmək məqsədilə 12 vertolyot dayanacağı inşa edilmişdir. Zabrat hava limanında  Alamniyanın BAN-2000 şirkəti tərəfindən, həm gecə vaxtı, həmçinin mürəkkəb meteo şəraitlərdə vertolyotların qəbulu və buraxılışı üçün nəzərdə tutulmuş ACAMS işıqlandırma kompleksi quraşdırılmışdır.  Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin müxbirləri (OCCRP) araşdırmalarında göstərillər ki, "Silk Way" Aviaşirkətində əsas pay sahibləri Azərbaycan Respublikasının prezident ailəsi və Azal QSC-nin sədri Cahangir Əsgərovdur. (https://www.occrp.org/en/investigations/8493-airline-once-linked-to-azerbaijan-s-ruling-family-got-us-loan-guarantees-military-contracts-planes)  Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva “Bank Silk Way”-da ən yüksək paya malikdir. (https://www.faktinfo.az/news/bank-silk-way-in-sahibi-azal-prezidentinin-xanimi-olur) Bu isə bir başa  Siyasi Nifuz Sahibləri (SNS) beynəlxalq tərifinin altına düşür.

“Hardansa kimsə çıxacaq və şirkətin sifətinə çevriləcək, ancaq gerçək sahib onlar deyillər. Bu biznes modeli illərdir Azərbaycandakı tranzaksiyaların əsas cəhətidir”, – 1994-1997-ci illərdə Birləşmiş Ştatların Azərbaycanda səfiri olmuş Riçard Kozlariç deyib.

Qeyd edirik ki, Cahangir Əsgərovun mülkləri haqqındada dəfələrlə jurnalist araşdırması olmuşdur.(http://hurriyyet.info/gundem/7221-azalin-gelirleri-hara-gedir.html#.X4Prg9UzbIW 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən (https://www.stat.gov.az/source/transport/), 2018-ci ildə daşımalardan əldə olunan gəlir bütövlükdə nəqliyyat sektoru üzrə 6 231 943 000 manat təşkil edib. Bu vəsaitin 270 841 000 manatı dəmir yolu, 170 841 000 manatı dəniz, 2 066 918 000 manatı isə hava nəqliyyatı vasitəsilə əldə olunub.

“Silk Way” Aviaşirkəti hava nəqliyyatında ən bahalı olan yükdaşımaları sektorunda şəriksiz liderdir. Belə ki, 2018-ci ildə yük daşımalarından əldə olunan gəlir bütövlükdə nəqliyyat sektoru üzrə 4 871 247 000 manat təşkil edib. Bu vəsaitin 256 167 000 manatı dəmir yolu, 168 952 000 manatı dəniz, 1 538 459 000 manatı isə hava nəqliyyatı vasitəsilə əldə olunub. Hava nəqliyyatında sərnişin daşımalarından əldə olunan gəlirin həcmi daha böyükdür. 2018-ci ildə sərnişin daşımalarından əldə olunan gəlir bütövlükdə nəqliyyat sektoru üzrə 1 360 696 000 manat təşkil edib. Bu vəsaitin 14 674 000 manatı dəmir yolu, 1 615 000 manatı dəniz, 528 459 000 manatı isə hava nəqliyyatı vasitəsilə əldə olunub.

Hava nəqliyyatında əldə olunmuş gəlirlərin həcmi böyük olsa da, yük və sərnişin daşınmasına çəkilmiş xərclər də kifayət qədər böyükdür. 2018-ci ildə sərnişin və yük daşınmasına çəkilmiş xərclər bütövlükdə nəqliyyat sektoru üzrə 3 902 532 000 manat təşkil edib. Bu vəsaitin 323 427 000 manatı dəmir yolu, 174 677 000 manatı dəniz, 2 187 832 000 manatı isə hava nəqliyyatının payına düşür.

Dövlət Statistika Komitəsi Azərbaycandan çıxan sərnişinlərin  daha çox hansı yolldan istifadə etməsi barədə məlumat açıqlayıb. Belə ki, cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83,4 faizi dəmir yolu və avtomobil, 15,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib. Halbuki mənzil başına rahat və tez çatmaq üçün hava nəqliyyatı daha sərfəlidir. Amma “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə, təqribən iki-dörd dəfə baha olması insanların bu nəqliyyat vasitəsindən istifadə etməsinə imkan vermir. Bu sahədə AZAL QSC-ın tərkibində yaradılan “Buta Airways”ucuz büdcəli reysləri yerinə yetirsədə, qiymətlər və reyslər heçdə perspektivli deyildir. Müqayisə üçün regionda ən perspektivli və ucuz büdcəli reysləri yerinə yetirsədə Macaristanın “Wizzair” şirkəri qeyd etmək olar. Qonşu Gürcustanın regionundan həyata keçirdiyi reyslərlə daha ucuz büdcəli “Buta Airways” təqdim etdiyi qiymətlərdən dəfələrlə ucuzdur. Qeyd edirik ki, həmin şirkət Gürcustanın Kutaisi şəhərindən Avropanın 23 mərkəzi şəhərinə reyslər yerinə yetiriyi halda, Bakı şəhərindən yalnız Budapeştə uçuşlar həyata keçirir. Qiymətlər isə Gurcustanda təklif olunan qiymətlərdən kəskin fərqlənir və daha çox AZAL və Buta airways-in təqdim etdiyi qiymətlərə yaxındır. Avropada Bakı və Naxçıvan məsafəli reyslər təxminən 20 manat civarında olduğu halda Azərbaycanda bu 4 dəfə bahadır.  

Ölkə başçısı dəfələrlə “Azərbaycan Hava Yolları” QSC fəaliyyətini tənqid etmişdir. Lakin Azal rəhbərliyin bu günə kimi bu tənqidlərdən heç bir  nəticə çıxarmamaışdır. Beləki QSC  ictimai nəzarətə və şəffaf idarəçilyə malik deyil, cəmiyyətin perspektiv inkişaf və starteji planları yoxdur. 

Cəmil Hacıyev

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ