SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.
9-10-2020, 15:28 8091 dəfə baxılıb

   Su həyat mənbəyi olsada, ölkəmizdə təmiz və saf su mənbəyləri demək olar ki, düzgün istifadə olunmur. Bu gündə əhalinin suya olan tələbatı hələdə təchizatla uzlaşmır.

BMT-nin Baş məclisinin 2010-cu il iyul Qətnaməsinə görə, hər bir insan şəxsi istifadə və məişət ehtiyaclarının qarşılanması məqsədi ilə yetərli həcmdə (hazırda  gündəlik 50-100 litr ) su əldə etmə hüququna malikdir. Belə su, qiymət və keyfiyyət baxımından əlçatan olmalıdır (suyun dəyəri ev təsərrüfatlarının xərclərinin üç faizindən  çox olmamalıdır). BMT  normalarına görə su eyni zamnada fiziki baxımadan əlçatan olmalıdır( su mənbəyi evdən 1000 mertdən çox uzaqlıqda olmamalıdır və onu gətirilməsi 30 dəqiqədən çox vaxt  çəkməməlidir). Azərbaycan respublikasında gündəlik su  təminatı   56.2 litr  təşkil edir.

Azərbaycanda su ehtiyatları−Azərbaycanda 8359 çay var, onlardan ikisinin ( Kür və Araz çaylarının) uzunluğu 500 kilometrdən artıqdır. Daha 22 çayın uzunluğu 101–500 km arasında, 40 çayın uzunluğu 51–100 km, 107 çayın uzunluğu isə 26–50 km arasındadır. Kür çayı hövzəsində 5141, Araz çayının  hövzəsində 1177 çay var. Qolları ilə birlikdə birbaşa Xəzər Dənizinə tökülən çayların sayı 3218-dir. Ümumilikdə çay şəbəkəsinin sıxlığı 0,39 km/km2 -dir.

Ölkə ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən “kasıb” ölkəsi olmaqla bərabər, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən geri qalır. Respublikamızda həyata keçirilən layihələrdə ekoloji cirklənmə və ətraf mühütün mühafizəsi ya nəzərə alınmır  yada  qabaqlayıcı tədbirlər çox keyfiyyətsiz şəkildə həyata keçirilir. İçməli və təssərrüfata yararlı su hövzələri qismən qorunur. Dünyada qəbul olunmuş nörmativlərə görə daha keyfiyyətli işməli su kimi dağ çayları, bulaqlar, buzlaqlar,göllər olmaqla yerüstü mənbələr götürülür və bu suyun kimyəvi tərkibi daha saf hesab edilir. Hazırda belə məndələri qoruyan və bu mənbələrdən suyu abunəçiyə çatdıran onlarla ölkə mövcudur.

   Azərbaycanda içməli su təminatı   2004-cü ildə 40, Bakı şəhərində içməli  suyu  davamlı şəkildə alan əhalinin sayı 29 faiz səviyyəsində idi. Hazırda bu rəqəmlər 70 və 82 faizə çatdırılıb.

  Bakı şəhərinin  su təchizatında  XVIII əsrdən başlayaraq su kəmərlərindən istifadə olunmağa başladı. Həmin dövür İçəri Şəhər hissə-hissə ekoloji təmiz bulaq suyu ilə təchiz edirdi. Hələ o vaxt Bakıya çəkilən  su kəmərləri  təlabatı ödəmədiyindən  təchizatda 1000-dən artıq quyudan da istifadə olunurdu. 1893-cü ilə qədər Bakı şəhərinin su ilə təminatında quyu suyundan kütləvi istifadə dövrü kimi yadda qalıb. Yüksək codluğu ilə seçilən və acı-şor dadı verən quyu suları keyfiyyətsiz sayılırdı. Tullantı sularının quyulara sızması onların keyfiyyətini lap aşağı salırdı. Bəzi tarixi mənbələrdə göstərilir ki, 1892-ci ildə Bakıda baş vermiş vəba epidemiyasına su quyularında sanitar vəziyyətin  qənaətbəxş səviyyədə olmaması səbəb olub. Müqayisə üçün qeyd edirik ki, bir milyard manata yaxın pul xərclənməklə Bakıya çəkilən Oğuz-Qəbələ su kəmərində istifadə olunun quyularda da vəziyyət eynidir. Beləki suyun mənbəyi kimi qazılan quyular ətrafında yerləşən yaşayış məntəqələrinin kanalzasiya sistemi yoxdur. Məişət sularının quyulara sızma ehtimalı aktualdır.

  Bakı və Abşeron yarmadasının içməli su təchizatı Şollar suyu, Kür çayı və Samur çayından,  Oğuz-Qəbələ rayonlarındakı artizan quyulardan istifadə edilməklə  təchiz edilir.

  Neft milyonçusu Hacı Zeynalabdin Tağıyev böyük maliyyə dəstəyi ilə ingilis mühəndisi Uilyam Lindleyə Bakı şəhərinin su təchizatı layihəsinin hazırlanması tapşırılmışdı. İngilis mühəndis Uilyam  Lindleyin rəhbərlik etdiyi ekspedisiya Quba qəzasının Şollar kəndi yaxınlığında araşdırmalara başlayır və bir müddət sonra Abşerona Şollardan (Bakıdan 187 km məsafədə), Kür çayından (Bakıdan 110 km məsafədə) və Samur çayından (Bakıdan 200 km məsafədə) suyun gətirilməsi barədə layihələr tərtib edir. “Yeraltı sular” variantına üstünlük verən ingilis mütəxəssis texniki, sanitar və maliyyə baxımından Şollar mənbəyini daha səmərəli hesab edirdi.

Hazırda Şollar kəməri ilə Bakıya  saniyədə 1,27 kubmet su çatdırılır lakın bu yetərincə olmadığından Samur-Abşeron kanalı vasitəsi ilə Ceyranbatan su ambarına su gətirilir.  Kür Su Kəmərləri Sistemi işə salınır ki, bununlada yeni salınan Günəşli və Əhmədli yaşayış massivlərini su ilə təmin etmək mümkün olur.Lakin bütün bu tədbirlər Bakının artan təlabatı yenədə ödəmirdi. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə neft sənayesinin inkişafı və neft ixracından əldə olunan gəlirin digər sahələrə və infrastrukturlara  yönəldilməsinə yol açıldı. İqtisadi inkişaf və yarımadada əhalinin çoxalması Abşerona verilən suyun həcminin artırılmasını yenidən gündəmə gətirdi.

    Hökümətin qərarı ilə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi başlanılır.  Qısa müddət ərzində mütəxəssislər bu zonanın su ehtiyatlarını, onların tərkibini, gələcəkdə çəkiləcək kəmərin keçəcəyi əraziləri öyrənməyə başlayır. Texniki-iqtisadi əsaslandırma və layihə hazır olur. 2007-ci ilin martında kəmərin təməlqoyma mərasimi keçirilir.  Oğuzdan Bakıya qədər diametri 2000 mm olan 262,5 km uzunluğunda özüaxımlı su xətti çəkilir. Paralel olaraq Oğuz rayonu ərazisində 78 istismar quyusu qazılır və sınaqdan keçirilir. Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi 2010-cu ilin sonunda başa çatır. 2010-cu il dekabrin 28-də isə kəmərin rəsmi açılış mərasimi keçirilir və  su Bakı sakinlərinə çatdırılır. Mütəxəssislərin apardığı son monitoringin nəticəsi olaraq bildirirlər ki, su quyularının əksəriyyəri quruyub, ətrafdakı meşələr məhv olmağa başlayıb. Yerli əhali onlara məxsus fındıq bağlarının məhv olması ilə üz-üzə qalmışdır. Eyni zamanda əksər quyuların qazıldığı Oğuz rayonun Xaçmaz kəndində kanalzasiya sistemi olmadığından quyulara məişət sularının sızmasının böyük ehtimalı var.

SSRİ dövündə su təchizatı dövlət inhisarında olmuş və bu sahədə bir çox idarə və müəssisələr, insititutlar fəaliyyət göstərmişdir.Müstəqillik illərindədə bu sahədə heç bir özəlləşdirmə prosesi həyata keçirilməmişdir. Bu sahədə mövcud olan idarə, müəssisələr və insititutların bazası əsasında    Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 12 may tarixli, 1038 nömrəli Qərarı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli, 252 nömrəli Sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilmişdir.

  “Azərsu” ASC istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur.  “Azərsu” ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir,  tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir. Su ölkənin milli sərvətidir,xaricdən idxal edilmir.

   “Azərsu” ASC ölkə üzrə 1554028 abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir.Bunların 1494064-ü əhali,59964-ü isə qeyri-əhali abunəçiləridir.Azərsu ASC-nin balansında 20000 km uzunluğunda su, 5000 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır. 01 yanvar 2020-сi il tarixə "Azərsu" ASC üzrə işçi sayı 13600 nəfərdir.   “Azərsu” ASC-nin tərkibinə  “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu,“Bakı Sukanal” İdarəsi, “Birləşmiş Sukanal“ MMC,“Sutikinti” Müəssisəsi daxildir.

 “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu. “Sukanal” ETLİ yeraltı və səthi sular əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj  şəbəkələri, müxtəlif  tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, “Azərsu” ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı yardımçı bina və qurğuları layihələndirməklə məşğuldur.

 “Bakı Sukanal” İdarəsi.  “Bakı Sukanal” İdarəsi   “Azərsu” ASC sədrinin 18.03.2011-ci il tarixli 17 saylı əmrinə əsasən Bakı Su Kəməri İstismar İdarəsi və Bakı Kanalizasiya Xidməti İdarəsinin bazasında yaradılmışdır. İdarənin fəaliyyətnin əsas istiqaməti su təchizatı və kanalizasiya şəbəkələrini müasir standartlara xidmət göstərmək, Bakı şəhəri əhalisini   içməli su və kanalizasiya xidmətləri ilə təmin etməkdir. “Bakı Sukanal” İdarəsinin xidməti ərazisində ümumi tutumu 934 min kubmetr olan 13 mərkəzi su anbarı vardır. Bakı şəhəri üzrə magistral su kəmərlərinin uzunluğu 2400 km, yağış suları və kanalizasiya kollektorlarının uzunluğu 485 kilometrdir.  İdarə 6 tullantı sutəmizləyici qurğu və 55 kanalizasiya-nasos stansiyasına xidmət göstərsədə, yağış yağan kimi Bakı şəhəri İtaliyanın Venesiya şəhərin xatırladır.Küçələrdə göllənən yağış suları günlərlə insanların nörmal həyatına mane olur.

“Birləşmiş Sukanal“ MMC. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü tarixli 282 saylı sərəncamına müvafiq olaraq  “Azərsu“ ASC-də struktur islahatları aparılmış, şəhər və kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə nəzarəti gücləndirmək məqsədi ilə Cəmiyyətin tabeliyində “Birləşmiş Sukanal”  Məhdud  Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. “Birləşmiş Sukanal“ MMC Gəncə, Şəki, Mingəçevir, Şirvan, Ağdaş və Göyçay şəhərlərində 138554 əhali, 5024 qeyri-əhali qrupu abonentinə xidmət göstərir. 

“Sutikinti” Müəssisəsi. Əvvəllər “Sutikinti” Tresti, “Sutikinti” Birliyi adı altında fəaliyyət göstərən təşkilat 2003-cü ildən “Sutikinti” Müəssisəsinə çevrilmişdir. 2011-ci ilin may ayına qədər müstəqil hüquqi şəxs olmuş “Babək” İdman-Sağlamlıq Mərkəzi, Təmir-tikinti İdarəsi, "Sutikinti” Müəssisəsinin tabeliyinə verilmişdir.

“Azərsu” ASC-nin nizamnaməsində qeyd olunur ki, cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Dövlət adından Cəmiyyətin səhmlərinin saxlayıcısı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir.  Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.Cəmiyyətin hüquqi statusu -hüquqi şəxsdir, mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.  Cəmiyyətin nizamnamə kapitalı və əmlakı - Cəmiyyətin nizamnamə kapitalı 400,0 milyon manatdır.  Cəmiyyətin nizamnamə kapitalı onun səhmdarları tərəfindən əldə edilmiş səhmlərin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 20 manat olan 20000000 ədəd adi səhmlərdən ibarətdir. Cəmiyyətin nizamnamə kapitalına qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Bu zaman pul olmayan əmlakın dəyəri səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyən edilir.  Cəmiyyətin ali idarəetmə orqanı -  onun səhmdarlarının ümumi yığıncağıdır. Cəmiyyətin İdarə Heyəti - kollegial icra orqanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və Sərəncamla Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına, Cəmiyyətin Direktorlar Şurasına, habelə bu Nizamnamə ilə Cəmiyyətin sədrinə verilmiş səlahiyyətlər istisna olmaqla, İdarə Heyəti Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir . “Azərsu” ASC-nin İdarə Heyəti Cəmiyyətin sədrinin təklifi ilə səhmdarların ümumi yığıncağı tərəfindən 5 il müddətinə seçilir. Lakin cəmiyyətin səhimləri özəlləşməyə verilmədiyindən nizamnaməyə əməl edilmir və cəmiyyətin sədri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Hazırda cəmiyyət prezident tərəfindən təyin olunmuş sədr və müavinlər tərəfindən idarə olunur. İdarəçilikdə nizamnamıdə göztərilən müddəlar tətbiq edilmir. Bu bir daha onu göstərir ki, digər sahələrdə olduğu kimi bu sahədədə idarəçilik dövlətin əlində cəmləşmişdir. Cəmiyyət ictimai nəzarət şurasına,korparativ idarəçiliyə malik deyil. Azərsu ASC-nin saytında bunun üçün heç bir plan və strategiyaya rast gəlinmir. Hətta göndərdiyimiz sorğuya belə cavab verilməyib.    

   Cəmiyyətin mətbuat katibi Anar Cəbrayilli bildirir ki: “Bələdiyyələr torpaqları əhaliyə satıblar, indidə əhalini yeni yaşayış massivlərində su ilə təmin etmək olmur. Yaxın gələcəkdə əhali bələdiyyələrlə birləşib su şəbəkəsinin çəkilişini həyata keçirməlidir.Dövlətin buna vəsiti yoxdur.”

  Ölkə rəhbəri  2020-ci ilin iyul ayının 27-də  hökumətin su problemlərinə həsr olunmuş  xüsusi toplantısında və  avqustun 6-da ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirdə su məsələlərinə töxunaraq bildirib: “Azərsu ASC-ə kifayət qədər  büdcədən maliyyə ayrılıb amma itkilər 40-50 faiz  səviyyəsindədir.  Dövlət müəssisələri arxayındırlar ki, dövlət onların borcların ödəyəcək.”

  Hazırda respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. İşlər dövlət vəsaitləri  və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına maliyyələşdirilir.

15 dekabr 2014-cü ildə Kür sutəmizləyici qurğuları vasitəsi ilə  Sabirabad - Saatlı magistral su kəmərindən Sabirabad şəhərinə, 28 mart 2017-ci ildə Saatlı şəhərinə içməli su verilsədə, digər rayon mərkəzləri və kəndlərdə hələdə insanlar suyu ilkin məndəbən  sanitariya normaları gözlənilmədən istifadə edirlər.  Ölkə üzrə kanalsaziya sistemi yalnız  Bakı və digər  şəhərlərdə, rayon mərkəzlərinin inzibati binalarında qismən qurulmuşdur. Hazırda  Abşeron yarmadasında kanalzasiya sistemi olmayan yaşayış məntəqələri mövcudur.

    Bakı şəhərində kanalizasiya sisteminin  tikintisinə XX əsrin əvvəllərində ingilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında başlmışdır.Lakin 1918-ci ildə Uilyam Lindleyin qəfil ölüm ona layihəni başa çatdırmağa imkan vermir. Azərbaycanda Sovet hakimiyyəti illərindəU.Lindleyin əlyazmaları və topladığı materiallar əsasında Bakı şəhərinin Baş Kanalizasiya sistemi layihəsinin işlənməsinə yenidən başlanılır.1930-cu ildə Bakı şəhərinin ilk mütəşəkkil kanalizasiya sistemi qurulur.  Təxminən 40 ildən sonra, 1972-ci ildə əhalinin 2000-ci ilə qədər perspektiv artımı nəzərə alınaraq, Bakının “Böyük kanalizasiya” layihəsi işlənir və qısa müddətdə tikinti işlərinə başlanılır. Bu müddətdə Hövsan Aerasiya Stansiyası, 1, 2, 3 və 4 saylı kanalizasiya nasos stansiyaları, “Sənaye zonası”, “Şəhərkənarı-Tunel” və “Sahil” tunel kollektorları tikilib istifadəyə verilir. Bunların nəticəsində Bakıda yaranan çirkab suların 85 %-ə yaxını toplanaraq təmizləyici qurğularda təmizləndikdən sonra dənizə axıdılması qeyd olunsada bu dənizin çirklənməsi fonunda həqiqəti əks etdirmir.

  2006-2007-ci illərdə paytaxtın kanalizasiya şəbəkəsində yenidənqurma layihələrinə start verilir. Bu işlər çərçivəsində həyata keçirilən ən böyük layihə “Hövsan Təmizləyici Qurğular Stansiyası, 2 saylı Zığ Nasos Stansiyası və Əsas Ötürücü Kanalizasiya kollektorlarının yenidənqurulması və genişləndirilməsi” layihəsi olub. Bu işlər Fransa hökumətinin ayırdığı 35 milyon avro kredit və Azərbaycan büdcəsindən ayrılmış 44,9 milyon manat vəsait hesabına görülüb. Nəticədə Hövsan Təmizləyici Qurğular Stansiyasının məhsuldarlığı 480 min kubmetr/sutkadan 640 min kubmetr/sutkaya qədər artırılıb.Lakin bu sahədə hələdə problemlər qalmaqdadır, xüsusi ilə kənd rayonlarında kanalzasiya sistemi yalnız rayon mərkəzlərində rast gəlinir.  Buradan aydın görmək olur ki, “Azərsu” ASC-nin bu günə kimi gördüyü işlərdə səmərəlilik aşağı səviyyədədir.

 Ölkə prezidenti su probleminə həsr olunmuş 27 iyul 2020-ci il  tarixli müşavirədə “Azərsu” ASC yalnız budcə vəsaitini xərcləməklə yarıtmaz iş görməsi tənqid etmişdir. Lakin bu  günə kimi Azərsu ASC hər hansı strateji dəyişik planı ilə çıxış etməmişdir. 

Cəmil Hacıyev. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ