16:43 - Azərbaycan ziyallısı, Xızı rayon təhsil şöbəsinin müdürü Abdullayev Oktay Rza oğlu...
13:37 - Azərbaycanı işıqlı gələcəyə aparan yolun banisi Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyev!..
12:14 - “1000 bərəkət, halal nemət” - Halallığa tam zəmanət - VİDEO + FOTO
03:08 - Ramil Nabran: Ramil Nabran - Salam Qarabağ
12:04 - Şəhərimizin yeni siması Orbita MTK tikinti şirkətidir.
09:01 - Армяне или хаи? Маски сорваны
19:55 - Gənc müğənni Ramin Agakisiyev - Sevdiyim mahnısı
11:48 - AZƏRBAYCANDA MƏMUR ÖZBAŞNALIĞI
"Gələn ildən kirayə mənzil bazarında ucuzlaşma olacaq"-RƏY
Hazırda Bakıda kirayə mənzil bazarında qiymət artımı müşahidə edilir. Bu barədə "MBA Consulting Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, əvvəlki illərin təcrübəsinə istinad etsək, bu mövsümdə də kirayə mənzil bazarında 5-6% artım müşahidə ediləcək.
Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli açıqlama verib. O, bildirib ki, hazırda kirayə müştəriləri azalıb. Kirayə mənzili istiqamətində evlərini bazara çıxaran sahibkarlar artıq bir hissəsini satışa çıxarıblar. Hesab edirəm ki, növbəti mərhələdə yeni tikili olmayan, ikinci əl bazar seqmentində bir qədər ucuzlaşmanı hiss edəcəyik. Kirayə mənzil bazarına çıxarılan mənzillər artıq satışa çıxarılacaqdır. Kirayə mənzil bazarında yanvar-fevral aylarında müəyyən ucuzlaşma gedəcək. Çünki hökumətin yeni bir layihəsi satınalma məqsədi ilə kirayə mənzil verilməsi, bu ilin sonunda artıq başlayacaq. Düşünürəm ki, o, zaman kirayə mənzil bazarında yenidən ucuzlaşma qeydə alınacaq.
Fəridə Ağazadə