SON DƏQİQƏ

PressDent.Info

Azərbaycan orqanik geyim məhsulları ixrac edəcək

Azərbaycan orqanik geyim məhsulları ixrac edəcək
23-12-2019, 15:21 7743 dəfə baxılıb

Azərbaycan gələcəkdə orqanik geyim məhsulları ixrac edə bilər.

Sonxeber.az "APA-Economics"-ə istinadən məlumat verir ki, bunu "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin (AOPE) sədri Emin Əliyev bu gün Bakıda keçirilən "Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı" adlı konfransda çıxışı edərkən deyib.

"Azərbaycanda orqanik pambıq istehsalı üçün şərait var. Bu da öz növbəsində gələcəkdə orqanik geyim ixracını mümkün edə bilər", - deyə E. Əliyev bildirib.

O qeyd edib ki, artıq insanlar orqanik məhsul dedikdə, bura təkcə kənd təsərrüfatı məhsullarının deyil, eyni zamanda emal məhsullarının aid olduğunu bilməlidirlər: "Biz "Made in Azerbaijan" brendi altında orqanik məhsul ixracını həyata keçirməyə çalışırıq. Dünya bazarında bu məhsullara ehtiyac var".

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ