SON DƏQİQƏ

PressDent.Info

"Əsas ixrac bazarı hələ uzun müddət Rusiya və MDB ölkələri olacaq"-RƏY

23-12-2019, 15:07 8265 dəfə baxılıb

Azərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr arasında çox inkişaf etmiş dövlətlərin adlarına rast gəlmək olar. Məsələn, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-oktyabr ayları arasında İsveçə ixracat 9,4 faiz, Hollandiyaya isə 1,4 faiz təşkil edib. İdxal statistikası da maraq doğurur. Kanadadan idxal 3,4 faiz, Avstraliyadan isə 2,6 faiz təşkil edib.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, əslində, qeyri-neft sektorunun ixracatında artım qabaqlayıcı şəkildə reallaşdırılır. Bu, Azərbaycan dövlətinin qeyri-neft sektorunun ixrac potensialına ayırdığı diqqətlə bağlıdır. İxracla bağlı, yəni söhbət yüksək texnoloji ixracdan gedirsə, bu daha qabardıcı şəkildə görünür və ciddi güzəştlər tətbiq olunmaqdadır. Amma təəssüf ki, biz yenə də ixracatımızda daha çox xammalın xüsusi çəkisinin yüksək olmasını görürük. Coğrafiya bir qədər Avropa ölkələrinə doğru genişlənir. Amma yenə də qeyri-neft ixracatında ön planda Rusiya Federasiyasıdır. Bu da təbiidir, çünki əsas ixrac bazarı hələ uzun müddət məhz Rusiya və MDB ölkələri ilə bağlı olacaq. Bununla yanaşı idxalda yenə də ənənəvi olaraq Avstraliyanın və bəzi Avropa ölkələrinin xüsusi çəkisinin kifayət qədər çox olmasını görürük. Bu konkret məhsullarla bağlıdır.

Buna misal olaraq Avstraliyadan yağların, Avropadan texniki avadanlıqların idxalını göstərmək olar. Burada istehlak bazarının bitməz ərzaq seqmentinə nəzər salsaq, əsasən burada bizim xarici ticarət tərəfdaşlarımız Rusiya, Türkiyə və İrandır. Bu da təbiidir, çünki ilk növbədə qonşu ölkələrlə qarşılıqlı ticarət dövriyyəsi reallaşdırılır. Amma gələcəkdə ixracın dəstəyi ilə bağlı təşviq mexanizmlərinin daha çox işə düşməsi, ola bilsin coğrafiyada bir qədər dəyişikliklərə səbəb olsun. Əlbəttə, yuxarıda qeyd etdiyim dövlətlər bizim əsas ticarət tərəfdaşlarımız kimi hələ uzun müddət qalacaq və sahibkarlarımız bunu nəzərdən qaçırmamalıdır".

Fəridə Ağazadə

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ