SON DƏQİQƏ

PressDent.Info

Mərkəzi Bankın auditinin keçirilməsi prosedurunun müəyyənləşdirilməsi təklif edilib

Mərkəzi Bankın auditinin keçirilməsi prosedurunun müəyyənləşdirilməsi təklif edilib
23-11-2019, 23:54 7482 dəfə baxılıb

Mərkəzi Bankın auditinin keçirilməsi prosedurunun müəyyənləşdirilməsi təklif edilib
Tarix: Dünən, 11:46 | Çap et
Mərkəzi Bankın auditinin keçirilməsi prosedurunun müəyyənləşdirilməsi təklif edilib
Hesablama Palatası Azərbaycan Mərkəzi Bankın (AMB) auditinin keçirilməsi prosedurunun müəyyənləşdirilməsini təklif edib.

APA-nın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Mərkəzi banklarda dövlət auditinin beynəlxalq təcrübəsi” başlıqlı məqaləsində qeyd edib ki, Azərbaycanda mövcud qanunvericiliyə əsasən, Mərkəzi Bankın auditinin keçirilməsi sahəsində Hesablama Palatasının fəaliyyətinin çərçivələri qanunvericiliklə konkret olaraq müəyyən edilməyib.

Hesablama Palatasının sədri bildirib ki, qanunda bu auditin yalnız Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi qeyd edilib. Hesablama Palatası isə kənar maliyyə nəzarəti orqanı olaraq, Mərkəzi Bankın fəaliyyətinə nəzarətin kimi dünya ölkələrindəki müxtəlif təcrübələrə diqqət çəkib.

Vüqar Gülməmmədov hesab edir ki, Azərbaycanda bu sahədə Gürcüstan və Bolqarıstanın təcrübəsindən faydalanmaq olar.

Qeyd edək ki, Gürcüstan Milli Bankının hesabatlarının kənar auditinin keçirilməsi məqsədi ilə Gürcüstan parlamenti 1 noyabr tarixindən gec olmayaraq, ən azı 2 il, lakin 4 ildən gec olmayaraq müddətdə dünyanın ən böyük 4 audit şirkətindən birini kənar auditor kimi seçir. Maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayaraq, Milli Bank əvvəlki ilin auditi keçirilmiş maliyyə hesabatlarını Gürcüstan parlamentinə təsdiq üçün təqdim edir və dərc edir. Gürcüstan Ali Auditor Qurumu olan Dövlət Audit Ofisi isə Milli Bankın yalnız inzibati və kapital xərclərinin auditini həyata keçirir.

Bolqarıstana gəldikdə, Bolqarıstan Milli Audit Ofisi Bolqarıstan Milli Bankının büdcə xərcləri və onların idarə olunmasının auditini, həmçinin Milli Bankın büdcəyə ayırmalar etməli olduğu mənfəətin formalaşmasının və büdcə ilə əlaqədar digər əməliyyatların da auditini həyata keçirir. Milli Audit Ofisinin sədri Bolqarıstan Milli Bankının baş yoxlayıcısını təyin edir. Milli Audit Ofisi tərəfindən keçirilən auditin nəticələrinə əsasən, zərurət yarandığı halda Milli Assambleyaya təqdimat göndərilir. Audit dövrü ərzində “Bolqarıstan Milli Bankının büdcəsinin planlaşdırılması, icrası və hesabatlılığı proseslərinin idarə olunması” və “Satınalmaların idarə olunması prosesi” sahələrində hüquqi bazanın tələblərinə uyğunluğun və daxili nəzarət sisteminin cari vəziyyətinin auditi və qiymətləndirilməsi həyata keçirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ