SON DƏQİQƏ

PressDent.Info

Bakıya daha bir sürət qatarı gəldi

Bakıya daha bir sürət qatarı gəldi
19-08-2015, 16:30 28153 dəfə baxılıb

Bakı ilə Sumqayıt şəhərləri arasına sərnişinləri daşımaq üçün Bakıya daha bir sürət qatarı gətirilib.

Yeni qatar bu gün səhər Azərbaycana daxil olub. Qatar artıq Bakı Dəmir Yolu Vağzalındadır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Milli.Az-a açıqlamasında bildirib ki, "Stadler Minsk" Belarus-İsveçrə müəssisəsi ilə 5 ədəd iki mərtəbəli qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarların 2-si əvvəlcədən gətirilmişdi. Biri isə bu gün gətrilib.

Qurum rəsmisinin sözlərinə görə, daha üç qatar Riqadan gətiriləcək. Bakı-Sumqayıt yolunda ümumilikdə 8 qatar hərəkət edəcək.

Nadir Əzməmmədov Bakı-Sumqayıt qatarlarının hərəkət intervalından da söz açıb. Onun sözlərinə görə, səhərlər daha çox sərnişin axını Sumqayıtdan Bakıya doğru olur. Axşamlar isə daha çox axın Bakıdan Sumqayıta doğru olur. Qatarların hərəkət cədvəli müəyyənləşdirilərkən bu məqam nəzərə alınacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ