SON DƏQİQƏ

PressDent.Info

Avropa Futbol Azarkeşləri təşkilatı Azərbaycandakı repressiyalara etiraz edir

Avropa Futbol Azarkeşləri təşkilatı Azərbaycandakı repressiyalara etiraz edir
15-05-2019, 18:34 3306 dəfə baxılıb

İngiltərənin Chelsea klubunun Almaniyanın Eintracht Frankfurt klubu üzərində 11 metrlik cərimə zərbələri ilə qələbəsi onu mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında başqa bir ingilis klubu ilə rəqib edib.

Chelsea mayın 9-da Londonda keçirilən matçda Almaniya klubuna 4-3 hesabı ilə qalib gəlib.

Arsenal isə Valensiyada eyni adlı kluba 4-2 hesabı ilə qalib gələrək iki matçın toplam 7-3 top fərqi ilə finala çıxıb.

Chelsea və Arsenal Bakının 68700 azarkeş tutan Olimpiya Stadionunda qarşılaşacaqlar. Bu Avropa klublarının Azərbaycan paytaxtında keçirilən ilk finalıdır.

Almaniyada mənzillənmiş Avropa Futbol Azarkeşləri təşkilatı bu finalın Bakıda keçirilməsindən narahatlıq ifadə etmişdi. Qrup belə bir matç üçün Azərbaycan paytaxtının “münasib mühit” ola bilməyəcəyini bildirmişdi.

Biletlər, viza, HIV…

Azarkeşlər təşkilatı UEFA-nın diqqətini Azərbaycanda insan haqlarının vəziyyətinə yönəltməyə çalışmışdı.

Avropa Futbol Azarkeşləri təşkilatı ilk növbədə Bakıda yaşayış şəraitindən, insan haqlarının vəziyyətindən, biletlərin paylanması prinsipindən və viza verilməsi prosesindən narahatlıq ifadə etmişdi.

Təşkilatın müraciətində məhz viza verilməsi prosesinin narahatlıq doğurması xüsusilə qeyd olunurdu, beləki Azərbaycana giriş vizasının alınması üçün fərd özünün HIV virusuna münasibətdə statusunu bildirməliydi.

Xəbər verilir ki, UEFA-nın Azərbaycan prezidenti İlham Əliyevə müraciətindən sonra problem çevik həll edilib və prezidentin xüsusi fərmanı ilə “HIV tələbi” ləğv olunub.

Amma təşkilat bildirib ki, insan haqları ilə bağlı problemlərin həlli üçün bundan sonra da lobbiçilik fəaliyyətini davam etdirəcək.

İyunun 1-də Madriddə keçiriləcək Çempionlar Liqası finalında da iki İngiltərə klubu – Tottenham Hotspur və Liverpool qarşılaşacaqlar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ