SON DƏQİQƏ

PressDent.Info

ÇL I tur: “Qarabağ” böyük hesabla məğlub oldu

ÇL I tur: “Qarabağ” böyük hesabla məğlub oldu
13-09-2017, 17:56 5046 dəfə baxılıb

Bu gün UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün qrup mərhələsinə start verilib.

İlk oyun günündə 8 qarşılaşma keçirilib. A, B, C və D qruplarının iştirakçıları meydana çıxıb.

Tarixində ilk dəfə ÇL-in qrup mərhələsinə yüksələn Azərbaycan çempionu “Qarabağ”ı səfərdə “Çelsi” ilə qarşılaşıb. Qrupun digər matçında isə “Roma” öz meydanında “Atletiko”nu sınağa çəkib.

A qrupunun favoriti “Mançester Yunayted” öz meydanında “Bazel”lə üz-üzə gəlib.

Yarışın iddialılarından olan “Bavariya” “Anderlext”i qəbul edib. Bahalı transferləri ilə diqqəti üzərinə çəkən PSJ isə səfərdə “Seltik”in qonağı olub.

Günün ən çox maraqla gözlənilən qarşılaşması isə “Nou Kamp”da oynanılıb. “Barselona” ötən il 1/4 finalda uduzduğu “Yuventus”la görüşüb.

Oyunlarda bu nəticələr qeydə alınıb:

A qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Bazel” (İsveçrə) – 3:0
Qol: Fellaini, 35, Lukaku, 53, Reşford, 84

“Benfika” (Portuqaliya) – MOİK (Rusiya) – 1:2
Qol: Severoviç, 50 (1:0), Vitinyo, 63 (1:1), Camalettinov, 71 (1:2)

B qrupu

“Bavariya” (Almaniya) – “Anderlext” (Belçika) – 1:0 (İkinci hissə)
Qol: Levandovski, 12 pen. (1-0) Alkantara, 65 (2-0) 90 Kimmix, (3-0)

“Seltik” (Şotlandiya) – PSJ (Fransa) – 0:5
Qol: Neymar, 19, Mbappe, 34, Kavani, 40, Lustiq, 83-avtoqol, Kavani, 85

C qrupu

“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 6:0
Qollar: Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71, Batşuay, 76, 82

“Roma” (İtaliya) – “Atletiko” (İspaniya) – 0:0

D qrupu

“Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) – 3:0
Qol: Messi, 45, Kakitiç, 56, Messi, 69

“Olimpiakos” (Yunanıstan) – “Sportinq” (Portuqaliya) – 2:3 (İkinci hissə)
Qol: Dumbia, 2 (0:1), Martins, 14 (0:2), Fernandes, 43 (0:3), Pardo, 89 (1:3), Pardo 90 (2-3)

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ