SON DƏQİQƏ

PressDent.Info

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək
18-04-2017, 15:03 7569 dəfə baxılıb

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək. İlk oyun günündə “Real” – “Bavariya” və “Lester” -  “Atletiko” oyunları keçiriləcək.
 
Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət “kral klubu”nun yarımfinala adlamaq şansını artırır. Cavab matçında 0:1 hesablı məğlubiyyət də “Real”ı qane edəcək. “Bavariya” yola davam etmək istəyirsə, “Santyaqo Bernabeu”da rəqibini minimum 2 dəfə mərkəzə dəvət etməlidi. Ev sahiblərinin heyətində Pepe, Rafael Varan və Qaret Beyl zədə üzündən bu görüşü buraxacaq. "Bavariya”nın heyətində isə Robert Levandovski sıraya dönüb. Əvəzində Mats Hummels və Jerom Boatenq zədədən əziyyət çəkir.
 
Günün digər matçında “Atletiko” “Lester”in qonağı olacaq. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. “Lester” vəziyyəti öz xeyrinə dəyişmək üçün cavab oyununda mütləq fərqlənməli və qapısının toxunulmazlığını qoruyub saxlamalıdır. Çünki “Atletiko”nun səfərdə vuracağı 1 qol “Lester”in işini daha da çətinləşdirəcək. Belədə “tülkülər”ə mərhələ adlamaq üçün 3 qol lazım olacaq.
 
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
 
22:45. “Real” (İspaniya) – “Bavariya” (Almaniya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun - 2:1
 
22:45. “Lester” (İngiltərə) – “Atletiko” (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 0:1

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ