SON DƏQİQƏ

PressDent.Info

"Sumqayıt" klubu 4000 manat cərimələndi

18-04-2017, 15:02 10440 dəfə baxılıb

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu 4000 manat cərimələyib. 
 
Samir Abasovun baş məşqçi olduğu komandanın futbolçularının "Zirə" ilə Azərbaycan Premyer Liqasının XXVI tur matçındakı davranışları səbəb olub. Klub 5 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar 800 manat ziyana düşüb. Oyun başa çatdıqdan sonra isə yarımmüdafiəçi Nicat Muxtarov hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb, "Sumqayıt" isə 3200 manat cərimə olunub. 
 
Qeyd edək ki, 1:1 hesablı heç-heçə ilə nəticələnən görüşü FİFA referisi Əliyar Ağayev idarə edib. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ